“Polis rəisi dedi, vəkil kimdir, atın bayıra”
Bakıda vəkil polis bölməsində zorakılığa məruz qaldığını iddia edib.
Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev feysbuk hesabındakı paylaşımında bildirib ki, hadisə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində baş verib: "Müvəkkilimlə polisin çağırışı üzrə getmişdim. Bölmə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub bölmədən çıxartılar. Aidiyyatı qurumlara şifahi şikayətlərimi etmişəm, yazılı şikayətləri də hazırlayıram".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumun şöbə rəisi Elşad Hacıyev bildirdi ki, iddia araşdırılır: "Məsələdən məlumatlıyıq, araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək".
Vəkillər Kollegiyasından bildirilib ki, Bəxtiyar Hacıyev tərəfinfən Kollegiyaya hələ ki, şikayət daxil olmayıb.(Qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:3-06-2022, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər