reklam
Regionxeberlericom.az » Cəmiyyət » Millət vəkilindən SENSASİON AÇIQLAMA: “Ruslar Ukraynada öz vətənləri uğrunda döyüşür“

reklam

Millət vəkilindən SENSASİON AÇIQLAMA: “Ruslar Ukraynada öz vətənləri uğrunda döyüşür“













“Ruslar öz vətənləri uğrunda döyüşürlər, amma ukraynalıların kimlər üçün döyüşdüyü məlum deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında sabiq deputat, Azərbaycan Sosisal Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

O, 100 gündən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsində bütün siyasi və iqtisadi təzyiqlərə baxmayaraq, Rusiyanın adıdmbaaddım irəliləməsinin səbəblərini şərh edib.

Müxlaifətçi tarixdən də sitat gətirib:

“Dünəni bilməyənin sabahı olmur. Adolf Hitler SSRİ-yə qarşı hücum edəndə ona 28 ölkə dəstək vermişdi. Nəticə nə oldu?! Hitler məğlub oldu. Burada məsələ sayda deyil, bacarıq, keyfiyyət və ruh yüksəkliyindədir.

Ruslar öz vətənləri üçün döyüşürlər, amma ukraynalıların kimlər üçün döyüşdüyü məlum deyil. Çünki ukraynalılara bu müharibə lazım deyil. Bu, Ukraynada hakimiyyətdə olan bir ovuc faşistlərə lazımdır ki, ABŞ onları salıb ortaya və faşistlərin əli ilə rusları qırmaq istəyir. Buna görə də, onlar qalib gəlməyəcəklər. Nə qədər silah göndərirlərsə-göndərsinlər, əsas odur o silahdan istifadə etməyi bacarmaq lazımdır”.

Putinin ölməsi barəsində ortaya atılan şayiələrə isə ASDP sədri belə cavab verib:

“Bilirsiniz, Rusiyada Boris Yeltsinin dövründə müxalifət oturub danışırdı. Onlar demişdilər ki, Yeltsin ölür. O zaman Yevreyskiy demişdi ki, siz gözləyin. O ki qaldı Putinə, nə qədər istəyirlər, desinlər. Putin sağ-salamatdır, gümrahdır və öz fəaliyyətini davam etdirir.

Bunu qəbul etməliyik ki, Rusiya bu müharibədə qalib gələcək və qoyduğu şərtləri yerinə yetirəcək. Onlar Ukraynanı nasistlərdən təmizləyəcək, Ukrayna hakimiyyəti onlardan azad olacaq və demilitarizasiya keçiriləcək”.

“Ərazilərin sonrakı taleyinə gəldikdə, ola bilsin ki, Odessa və Mikolaivə qədər olan əraziləri tutsunlar. Amma Rusiya qarşısına belə bir məqsəd qoymayıb ki, Ukraynanı dənizlərdən məhrum etsin. Ukraynada hakimiyyət dəyişəndə sonra hansı ərazilər Rusiyanın nəzarətində qalacaq, hansıları Ukrayna idarə edəcək – bunlar sonra bilinəcək”, – deyə A. Əlizadə fikrini yekunlaşdırıb.




Paylaş:


Müəllif : Tarix:
6-06-2022, 17:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər