reklam
Regionxeberlericom.az » Cəmiyyət » Çox təmizkar qadınların ərləri onlara daha çox xəyanət edir

reklam

Çox təmizkar qadınların ərləri onlara daha çox xəyanət edir


Yəqin siz də bu ifadəni ən az bir dəfə eşitmisiniz. “Burnunu başqalarının işinə soxma”. Niyə əl yox, göz yox məhz burun? Çünki burun beynin xüsusi təyinatlı  kəşfiyyatçısıdır. Yaxın oturun, çox maraqlı söhbət var.

Məlumdur ki, hər kəsin bədəninin özünəməxsus ətri var. Bu ətrin tərkibi feromondan ibarətdir. Burnumuz, daha dəqiqi beynimiz feromonun qoxusunu “göydə” tutur. Qarşı tərəfin feromonları sənə uyğundursa, adına sevgi dediyimiz o “kimyəvi” proses başlayır. Feromonlar saç və dəridən də  ifraz olur. Ona görə də hər insanın dərisinin və saçlarının spesifik qoxusu var.

Maraqlıdır ki, insan stressli və ya əsəbi olan zaman feromonlar tamamən fərqli və itələyici qoxu verir. Ona görə də bir insanın sizə uyğun olub-olmamasını əsəblər sakitkən hiss edə bilərsiniz. Kişi və qadın öz yarısının ətrini tapmayıbsa, onun beyni daim gəzir, öz partnyorunu axtarır. Əgər tapa bilmirsə, ya da tapıb birləşə bilmirsə, rahatlıq tapmır, xoşbəxt hiss edə bilmir və xəyanətkara çevrilir. Bu mənada öz ətrimizi parfüm altında gizlətməklə beyni kor etmiş oluruq.

Psixoloqların fikrincə, çox təmizkar qadınların ərləri onlara daha çox xəyanət edir. Çünki beyin feromonların ətrini tuta bilmir. Bu yerdə renoplastikanın verdiyi ziyanı qeyd etməsək olmaz. Əməliyyat keçirmiş burunlarda iybilmə qabiliyyəti dəyişir və başqa sözlə, renoplastika etdirmiş qadın və kişilər öz “yarı”larını tapmaqda çətinlik çəkirlər. Çünki öz “kəşfiyyat orqanlarını” yarımcan edirlər. 

İndi isə dünyanın ən qədim, müasir dünyanın isə ən bahalı ətirlərinin mənbəyi barədə. Söhbət əfsanəvi müşk və ənbərdən gedir. Çünki  müşk və ənbərin insan feromonlarına cazibədar təsiri var.

1979-cu ildən heyvanları qorumaq üçün müşkün təbii yolla hasilatı qadağan edilib. Onu kabarqa, müşk maralı, müşk qoçu, ceyran və s. kimi cütdırnaqlı heyvanların göbəyindəki vəzlərdən əldə edirlər. Heyvanların yaşından və növündən asılı olaraq onların müşkləri ətir və keyfiyyətinə görə fərqlənirlər.

Müşk maralı olmayan yerlərdə bu maddəni almaq üçün qunduzlar ovlanır. Müşk maralı ilə müqayisədə qunduz müşkü daha zəifdir. Hələ orta əsrlərdə, Şərqdə  qunduz vəzlərindən bu maddə alınır və adına cünd deyərdilər. Hazırda bahalı fransız ətirlərinin tərkibinə qunduz cündü qatılır.

Maralın ayrıca növü olan “müşk maralı”ndan əldə olunan müşk xüsusi ilə qiymətlidir. Bir kiloqram müşk əldə etmək üçün 200 erkək Hindistan maralı ovlanırdı. 3,5 kiloqram müşkdən isə cəmi 30 qram muskon əldə etmək mümkün idi. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur. Sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürürlər.

Ənbər isə kaşalotun dənizə axıtdığı ifrazatdan hazırlanır. İfraz edilən ənbər onun bədəndən iyirmi santimetrdən kiçik “yumurtalar” şəklində atılır və suyun üzünə yayılır. Bir balinanın ildə 300 kiloqrama qədər  ənbər ifraz etməyə qadir olduğu təxmin edilir. Ölü balinaların qarnı açıldıqda orta hesabla 45 kiloqram ənbər əldə etmək olar.

Əvvəllər qızıla bərabər tutulan müşk və ənbərin kilosu indi o qədər də baha  deyil. Təxminən 300 manata əldə etmək olar. Söhbət süni yollarla alınan müşk-ənbərdən gedir.




Paylaş:


Müəllif : Tarix:
7-06-2022, 16:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər