“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirildi — FOTOLAR
Ədliyyə Nazirliyi, Ombudsman Aparatı və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin, Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının təmsilçiləri, məhkəmə sədrləri və məhkəmələrdə media ilə əlaqələrə məsul spiker-hakimlər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak ediblər.
Çıxış edənlər demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan ölkəmizdə bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərdən danışılıb.
Dəyirmi masada əsas vəzifəsi insan hüquqlarının təmin olunması olan məhkəmə hakimiyyətinin və hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai marağın böyük olduğu qeyd olunaraq media ilə əməkdaşlığın genişləndirilməsi, media tərəfindən məhkəmə prosesinə müdaxilə etmədən fəaliyyətin obyektiv və qərəzsiz işıqlandırılması, əhalinin mütəmadi dolğun məlumatlandırılması məsələləri müzakirə olunub, təkliflər səsləndirilib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxış edərək bildirib ki, “Media haqqında” qanunun 6-cı maddəsi jurnalistlərə peşə fəaliyyətini yerinə yetirərkən hər hansı maneənin yaradılmasını qadağan edir: "Bu istiqamətdə müxtəlif tövsiyələr hazırlayaraq redaksiyalara göndərmişik. Demək olar ki, bütün ciddi, ictimai siyasi məzmunlu xəbər saytlarında, agentliklərində bu sənəd yerləşdirilib və peşə davranış qaydalarına əmək edilir. Bu o deməkdir ki, mediamız peşə etikasına əməl edir”.
Şöbə müdiri qeyd edib ki, media etikası üçün hüquqi məsuliyyət nəzərdə tutulmayıb, onlar yalnız ictimai qınağa tutulur: "Media sahəsində reputasiyasını itirmiş media orqanı artıq fəaliyyət göstərə bilmir. Uzun müddət reket jurnalistlərinin siyahısı tutulurdu. O siyahıya düşən jurnalistlərdən qurumlar çəkinirdi. Amma artıq bu cür hallar yoxdur. Media reyestrinin yaranmasına sayılı günlər qalıb. Artıq bu reyestr yarandıqdan sonra oraya daxil olan media subyektlərinin fəaliyyəti, mühiti daha da sağlamlaşacaq. Qurumlarla media arasında əməkdaşlıq vacibdir”.
Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov çıxışında bir çox ölkələrdə səfərdə olanda hakimlərə media ilə münasibətləri necə qurmaları barədə sual verdiyini deyib: “Onlar da çətinlik çəkir. Hakimlər deyir ki, media ilə münasibətlərin qurulması çətindir. Bu sualları verməkdə məqsədimiz odur ki, xaricdəki faydalı təcrübəni biz də tətbiq edək. Lakin bu gün mətbuat işçiləri ilə təşkil edilən görüşlərdə, təlimlərdə jurnalistlərin məhkəmələrə, hakimlərə və keçirilən proseslər barədə müvafiq informasiyalara əlçatanlığının təmin edilməsi tənzimlənir. Odur ki, Azərbaycanda məhkəmə hər kəsin üzünə açıqdır”.
Ə. Cəfərov onu da deyib ki, məhkəmələrdən, hakimlərdən qərəzli yazan jurnalistlər də var: “Nöqsanlar barədə aidiyyəti üzrə hər zaman tədbirlər görülüb, görüləcəkdir. Amma məhkəmə sahəsində yaradılan şəraitdən də yazmaq lazımdır. Qərəzli mövqelərin azalması, görülən işlərin işıqlandırılması daha yaxşı olar".(apa.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:8-06-2022, 14:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər