Pənah Hüseyn hakimiyyətdən vəzifə istədi: “Verin bəzi sahələri bizə...”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu gün TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində maraqlı təkliflə çıxış edib.
Musavat.com xəbər verir ki, ölkədə bəzi sahələrdəki problemlərdən danışan P.Hüseyn çıxış yolu kimi prosesə müxalifətin cəlb olunmasını göstərib: “Verin bəzi sahələri bizə. Bizə deyərkən mən nəyi nəzərdə tuturam? Siyasi partiyalara və müxalifətdə olan siyasi partiyalara. Söhbət birinci vəzifəli şəxsdən getmir ki. Adı çəkilən, tənqid olunan nazirliklər var. Hansının ictimai nəzarət şuralarına siyasi partiyalardan adam götürülüb? Hansı siyasi partiyalara müraciət edib ki, siz də bir adam verin? Verin, iştirak etsinlər. Vermirlər. Niyə qapamısız?”
P.Hüseyn daha sonra konkret adlar da çəkib: “Pənah Hüseyn daxil olmaqla bu cəmiyyətin Pənah Hüseyn kimi, Fazil Mustafa, Qüdrət Həsənquliyev kimi və bizim bu gün kənarda qalan, siyasi partiyalarda cəmləşmiş xeyli insanlara ehtiyacı var. Sizi inandırıram ki, onların idarəçiliyə gətirilməsi, üzərinə vəzifələrin qoyulması tam da olmasa, problemin 50 faiz həllini təmin edər”.
Verilişdə iştirak edən millət vəkili Fazil Mustafa da bu təklifə sıcaq yanaşıb və deyib ki, bu, həm də koalisiya mədəniyyəti formalaşdırar.
Sözügedən videoçıxışın linkini oxucularımızın nəzərinə çatdırırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-06-2022, 23:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər