reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Dedilər ki, ay dayı, biz özümüz səni, sən də bizi tanıyırsan, bəs edir"

reklam

"Dedilər ki, ay dayı, biz özümüz səni, sən də bizi tanıyırsan, bəs edir"

















“Hamı məni qardaşım Arif Quliyevə oxşadır. Yəqin ki, siz də oxşadırsınız. Onun 3 övladı mənim əlimdə böyüyüb. Həyat yoldaşı Gülzar mənim öz balam kimi olub. Biz hər zaman bir yerdə olmuşuq. Arifin ilini də gedib verib gəldim. Balaları hər zaman mənim yanımda olublar, burada böyüyüblər, xatirələri çoxdur. Biz bir-birimizi indi tapmamışıq ki. Tamam doğmalaşmışıq, çünki doğmalar biri-birinə hər zaman yaxın olur”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Arif Quliyevin bacısı Zərifə Rəhimova deyib. O, daha sonra əlavə edib.

“Arif o vaxt çox təkid etdi ki, gedək televiziyaya çıxaq, elan edək, səni qoy hamı tanısın, bilsin ki, mənim bacımsan. Buna mən də, övladlarım da etiraz etdi. Dedilər ki, ay dayı, biz özümüz səni, sən də bizi tanıyırsan, bəs edir. Bizim nəyimizə lazımdır ki, efirlərə çıxırıq. Arif Quliyevə sonuncu dəfə “onun anasıyam” deyib bir arvad efirə çıxanda Xoşqədəm Baxşəliyeva mənim şəkilimi göstərdi. Dedi ki, onun bir bacısı var, Gəncədə yaşayır. Bütün Gəncədə 90 faiz insan bilir ki, biz bacı-qardaşıq. Biz ana bir, ata ayrıyıq. Heç mən anamı tanımıram. Çünki mən olanda anam rəhmətə gedib. Atam da anamı gətirəndə Arif yanında olub. Anam ağır xəstə olanda Arifi aparıb uşaq evinə veriblər. Onu da uşağ evinə verən atamın 1-ci arvadından olan qadının bacısı olub. 11 yaşımda da atam rəhmətə getdi. Analığım məni 1 nömrəli Gəncə şəhər internat məktəbinə verib. Mən orada oxuya-oxuya qəzetlərə verdim, axtarış apardım amma Arifi tapa bilmədim. 1988-ci ildə mənim qızım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdi. O axtarıb Arifi tapdı. Arifi tapanda 3 gün 3 gecə bayram etdik, qonaqla dolu oldu evimiz. O vaxtdan Arif bizə gəlib-getdi. Onun necə yatdığını, nədən qorxduğunu, nəyi xoşladığını da bilirəm. Danışsam bir kitab yazmaq olar. Arifin bu gün həyatda olmamağı həyat yoldaşını xəstə edib. O sirroz xəstəliyindən əziyyət çəkir. Baxmayaraq ki, balaları, nəvələri yanındadır, amma o acı çəkir. Arifin qızı Günel gedib məzarı üstündə ağlayıb deyir ki, “bibi, mən hələ də atamı gözləyirəm”. Yoxluq budur” deyə o bildirib.




Paylaş:


Müəllif : Tarix:
10-06-2022, 09:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər