Nəriman Abbasov ermənilərə görə "Bayraqdar" ləqəbi aldı
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov bu gün Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevlə keçirəcəyi qarşılaşmaya yeni ləqəblə çıxacaq.
28 yaşlı döyüşçünün şəxsi məşqçisi Şəhriyar Abbasov Report-a N.Abbasova məxsus "Çingizxan" ləqəbini "Bayraqdar"la əvəzlədiklərini bildirib.
Ş.Abbasov belə bir addımı M.Pirayevin döyüş öncəsi açıqlamaları və ətrafının ermənilərdən ibarət olması ilə əlaqədar atdıqlarını açıqlayıb:
"Görüş öncəsi üzərimizdə elə bir təzyiq yoxdur, hər şey qaydasında gedir. Sadəcə, rəqib dağıstanlı olsa da, məşqçiləri və komanda üzvləri ermənilərdən ibarətdir. Pirayev ötən ay görüşöncəsi mətbuat konfransında Nərimanı parçalayacağını demişdi. Buna qarşılıq olaraq, biz Nərimanın "Çingizxan" ləqəbini dəyişərək, "Bayraqdar" qoyduq. Texnologiya dəyişir, biz də inkişaf edirik. Prinsipcə, Çingizxan da döyüşçü olub. Amma biz yeni texnologiyanı nəzərə alaraq, Nərimana "Bayraqdar" ləqəbi verməyi qərara aldıq. Bayraqdar havada xırdadır, görünmür. Görünməsi isə birbaşa ölüm deməkdir. Həm də Bayraqdarı hər yerdə piar etmək məqsədi ilə bu addımı atdıq. Düzdür, bu texnologiyanın piara elə də ehtiyacı yoxdur. Amma bir döyüşçüyə "Bayraqdar" ləqəbinin verilməsi həm də Pirayevin ətrafındakı şəxslərin ermənilərdən ibarət olması ilə bağlıdır".
Qeyd edilib ki, "AMC Fight Nights"a Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. İrina Viner adına İdman Sarayında təşkil olunacaq gecənin son döyüşü yüngül çəkidə Nəriman Abbasovla Marif Pirayev arasında olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-06-2022, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər