reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Aliment borcunun ödənilməsindən yayınma halları əsas şikayət obyektidir" - Ombudsman

reklam

"Aliment borcunun ödənilməsindən yayınma halları əsas şikayət obyektidir" - Ombudsman
















"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq, erkən evlilik halları ilə bağlı yayımlanan məlumatlar operativ qaydada araşdırılır və həmin məsələlərin həlli nəzarətdə saxlanılır".

"Report"un xəbərinə görə, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda təşkil edilən ictimai müzakirədə deyib.

Aliment borcunun ödənilməsindən yayınma hallarının əsas şikayət obyekti olan hallar sırasında yer aldığını bildirən Ombudsman bununla bağlı illik məruzələrdə verilmiş təkliflər barədə danışıb.

O, həmçinin aidiyyəti qurumlar tərəfindən sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkar edilməsi və zəruri tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq, yerli icra hakimiyyəti orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.





Paylaş:


Müəllif : Tarix:
10-06-2022, 15:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər