reklam
Regionxeberlericom.az » Cəmiyyət » Daha bir məktəbli qızın ərə verilməsinin qarşısı alındı

reklam

Daha bir məktəbli qızın ərə verilməsinin qarşısı alındı
















Qazaxda daha bir məktəbli qızın erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Rayon Polis Şöbəsinə Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsə toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Qızın 15 yaşında olduğu bildirilir.


Qeyd edək ki, bir neçə gün öncə Qazaxın Kosalar kəndində də 16 yaşlı məktəbli qız erkən nikaha sövq edilmiş, polisin müdaxiləsi nəticəsində mağar sökülərək toyun qarşısı alınmışdı.




Paylaş:


Müəllif : Tarix:
11-06-2022, 10:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər