reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dostunun niyə tutulduğunu soruşdu, özü də saxlanıldı

reklam

Dostunun niyə tutulduğunu soruşdu, özü də saxlanıldı
















Qaradağda gül dükanının işçisi ilə polis əməkdaşları arasında insident yaşanıb.

Hadisə ötən ay rayonun Səngaçal qəsəbəsində baş verib.

Belə ki, 27 yaşlı Novruz Tağıyev polis tərəfindən saxlanılan dostunun hər hansı ehtiyacı olub-olmadığını öyrənmək üçün bölməyə zəng edib. Həmin vaxt bölmənin əməkdaşı Ruhin Qurbanovla telefonda mübahisə edib.

3 gün sonra N.Tağıyev özü də polis tərəfindən saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin əməliyyat müvəkkili, baş leytenant Ruhin Qurbanov məhkəmədə bildirib ki, qəsəbədə olan zaman Novruz adlı vətəndaşın qanunsuz hərəkətlərini görüb: “Başqa oğurluq hadisələri və narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs polis bölməsində olan zaman Novruz adlı şəxsdən zəng gəldi. Dostunu nə üçün bölməyə apardığımızı soruşdu, hədə-qorxu gəldi. Onu intizama dəvət edən polislərə qarşı nalayiq ifadələr işlədi. Bölmədə isə narkotik qəbul etdiyini etiraf etdi”.

Həmçinin oxuyun: 11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü

N.Tağıyev isə məhkəmədə bildirib ki, 12 may 2022-ci ildə Ruhin Qurbanov və digər polis əməkdaşları işlədiyi gül dükanına gələrək onu söyərək təhqir ediblər: “Axşam əməliyyat müvəkkili Ruhin Qurbanova zəng edərək dostum Asəfə ərzaq lazım olub-olmaması ilə maraqlandım. Hər hansı artıq söz işlətmədim, əksinə Ruhin Qurbanov telefonda məni söyüb təhqir etdi. 3 gün sonra qəsəbə sakinlərinin gözü qarşısında başıma bir neçə dəfə vuraraq, polisin xidməti maşınına əyləşdirib zorla 11-ci bölməyə apardılar. Bütün bunların səbəbini soruşduqda polis əməkdaşları mənə üç gün qabaq əməliyyat müvəkkili Ruhin Qurbanovla olan danışığımı xatırlatdılar. Polisə qarşı heç bir müqavimət və ya tabesizlik göstərməmişəm. Nə də polis bölməsində narkotik qəbul etdiyimi etiraf etməmişəm. Üç gün əvvəlki telefon danışığına görə saxlanılmışam”.

N.Tağıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən (Polisin qanuni tələbinə qəsdən tabe olmama) tərtib edilmiş protokola Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona əlavə olunmuş sənədlər natamam olduğundan protokolu geri qaytarıb. N.Tağıyev məhkəmə iclası zalından dərhal azad edilib.




Paylaş:


Müəllif : Tarix:
13-06-2022, 17:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər