reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ölülərin QEYDİYYAT PROBLEMİ - AÇIQLAMA

reklam

Ölülərin QEYDİYYAT PROBLEMİ - AÇIQLAMA


Suraxanı rayonunda məzarlıqların birinin divarına vurulan lövhə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yerləşən qəbiristanlığın girişinə "Yeni Suraxanıda qeydiyyatda olmayanlar dəfn olunmur” yazısı yapışdırılıb.

Məzarlıq girişindəki lövhəni hansı qurum, hansı məqsədlə asdığını öyrənmək üçün Suraxanı Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin qəbiristanlıq onların nəzarətində deyil. Məsələ ilə bağlı Cebhe.info-ya danışan Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyev bildirib ki, bu qanun 30 ildir qoyulub:

"Bu elan bir neçə ildir yapışdırılıb. Qəbiristanlıq kənd qəbiristanlığıdır. Yəni həmin məzarlıqda ancaq bu kənddə qeydiyyatda olanlar dəfn olunur. Bu qanun kənd ağsaqqalları tərəfindən 30 ildir qoyulub".

Bələdiyyə sədri hesab edir ki, sözügedən qəbiristanlıqda məzar üçün heç bir məbləğ alınmadığı üçün insanlar bura yönəlir:

"Burada məzar yeri, torpaq sahəsi üçün pul alınmır. Yalnız 80-100 manat qəbir qazımaq və s. üçün alınır. Qalan məsrəfləri xeyriyyəçilər ödəyirlər. Bakı kəndlərinin çoxunda belədir. O elan da asılıb ki, gələnlərin bundan xəbəri olsun. Burada qeydiyyatsız yaşaya bilərlər, amma dəfn edilmək məsələsi olmur. Burada bütün məsrəf 80-100 manat olduğu üçün hamı meyillənir bura. Amma bu, kənd camaatı üçündür".




Paylaş:


Müəllif : Tarix:
13-06-2022, 17:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər