“Belə məsələlərə həm məktəb rəhbərləri, həm də valideynlər məsuliyyətlə yanaşmalıdır” — Ekspert
“Şagirdlərin istər “Əlifba bayramı”, istər “Son Zəng” və yaxud da digər tədbirlərdə iştirakı ilə bağlı müvafiq olaraq müəyyən qaydalar var”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert qeyd edib ki, belə məsələlərdə həm məktəb rəhbərləri, həm də valideynlər məsuliyyətlə yanaşmalıdırlar:
“Hesab edirəm ki, bu cür tədbirlər təşkil edilərkən rayonlara üz tutan vətəndaşlarımız müvafiq qayda-qanunlara riayət etsinlər. Belə məsuliyyətsizliyə yol vermək olmaz. Qeyd edim ki, ölkə ümumtəhsil müəssisələrində 1 milyon 900 minə yaxın şagird təhsil alır ki, bu da ölkə əhalisinin kifayət qədər böyük bir hissəsi deməkdir. Nəzərə alaq ki, həmin şagirdlər ölkənin genofondunu təşkil edir. Ona görə də, bu kimi amillərdə müvafiq məktəb rəhbərləri, eyni zamanda valideynlərin özləri hər biri məsələyə daha məsuliyyətlə yanaşmalıdır. Eyni zamanda, ölkədə 160 minə yaxın çalışan müəllim heyəti var ki, bu müəllimlər də hər hansı bir yerə birlikdə istirahətə, yaxud müvafiq tədbirlər həyata keçirməyə gedirlərsə, onların da müvafiq məsuliyyətləri olmalıdır. Onlar da vaxtından əvvəl normadan kənar hər hansı məsələyə qarşı çıxarsa, o zaman müəyyən xoşagəlməz hadisələrin qarşısı vaxtında alınmış olar”.
Ekspert qeyd edib ki, bununla bağlı Ali Qanunvericilik Orqan tərəfindən müvafiq qanun layihəsi qəbul oluna bilər:
“Əgər şagirdlərin hər hansı bir əraziyə daşınması təşkil olunursa, müvafiq olaraq nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı qərarlar var ki, həmin qərarlar vasitəsilə onların daşınması təşkil olunmalıdır. Ümumiyyətlə, burada biz şagirdləri kənara çıxardırıqsa, müvafiq məsafə qorunmalıdır. Yəni, onlar 120 km-dən artıq əraziyə getmələri qanunvericiliyin tələbinə görə yalnız xüsusi hallarda icazə əsasında mümkündür, əks halda yox. Əlbəttə, bununla bağlı müvafiq hüquqi normanın hazırlanması daha məqsədəuyğun olar. Bununla bağlı ümid edirəm ki, Ali Qanunverici Orqanda, müvafiq Təhsil Komitəsi hər hansı qanunun hazırlanması ilə bağlı çıxış edər və ya təkliflər edər. Düşünürəm ki, burada əsasən daşınma heyətinin təhlükəsizliyi mütləq qeyd olunmalıdır, onların tibbi sığortalarının olması vacibdir. Biz şahid olduq ki, yaralanan şagirdi müvafiq xəstəxanalar götürmədi. Yəni, bunun üçün sığortaların olması vacibdi. Həmçinin, müvafiq olaraq onları aparan təşkilat məsuliyyət üzərinə götürməlidir və bunu dərk etməlidir. Bütün bu amillər olmalıdır ki, qarşıda hər hansı fəsadlar olanda insanlar çıxılmaz vəziyyətdə qalmasınlar. Belə halların baş verməməsi üçün hər kəs işinə daha məsuliyyətlə yanaşmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-06-2022, 18:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər