reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məktəblərin öz maraqlarını qoruyan qərarı: - “Müəllim gedir, şagird ac-susuz, yorğun qalır”

reklam

Məktəblərin öz maraqlarını qoruyan qərarı: - “Müəllim gedir, şagird ac-susuz, yorğun qalır”


Uzun müddətdir ki, ölkənin ümumtəhsil məktəblərində 6 günlük tədris həftəsinə keçilməsi ilə bağlı fikirlər səslənir.

Buna səbəb kimi isə məktəblərdə şagird sıxlığı, dərs yükünün ağır olması göstərilir. Eləcə də qeyd edilir ki, məktəblərdə şagird tutumundan çox sayda şagirdin təhsil alması bir növbəlilik sisteminin davam etdirilməsinə imkan vermir. Beləliklə, növbəti tədris ilindən etibarən bütün siniflər üzrə dərs saatlarının sayı azaldılmaqla 6 günlük tədrisə başlanılacağı vurğulanır. Təhsil naziri Emin Əmrullayev gələn tədris ilindən bütün məktəblərin 6 günlük tədris sisteminə keçməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, yayılan bu məlumat şayiədir və belə məlumatlara inanmaq lazım deyil.

Qeyd edək ki, sovet təhsil sistemində dərslər 6 günlük idi və heç də ağır deyildi. Lakin sonralar ölkədə 5 günlük sistem tətbiq edildi və bunu da onunla əlaqələndirdilər ki, həftə sonları vətəndaşlara istirahət üçün ayrılır. Məktəblərin həmin gün açıq olması ailələrin bütün planlarını pozur. Ancaq bir müddət sonra yenidən bəzi məktəblərdə 6 günlük dərs sisteminə keçildi. Hazırda da dərs günləri ilə bağlı şagirdlər problemlə üzləşir. Belə ki, 6 günlük dərs rejiminin tətbiqi dərs yükünü, məktəbdə yaşanan şagird sıxlığını azaltmağa imkan versə də, həftəsonu şagirdlərin və valideynlərin istirahətinə imkan vermir. Əgər dövlət qurumlarında iş 5 günlükdürsə, dövlət müəssisəsi olan məktəblərdə 6 günlük olması təəccüb doğurur. Yaxud 6 günlük dərs sistemi olan məktəblərdə hər hansı bir problem yaranarsa, müraciət üçün açıq dövlət qurumu tapılmır.

Onu da qeyd edək ki, bəzi ölkələr artıq 4 günlük iş rejiminə keçir. Azərbaycan məktəblərdə 5 günlük dərs saatında isə şagirdlər ağır dərs yükü ilə yüklənirlər

Bəs mütəxəssislər mövcud problemin həlli ilə bağlı çıxış yolunu nədə görürlər? Dia.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, həftəlik dərs yükü 36-42 saata qədər dəyişir:

“Bəzi siniflərdə həftə ərzində 30 dərs var və bu zaman məktəblər bunu etməyə məcburdurlar. Məktəblərin 5, yaxud 6 günlük olması ilə bağlı qərarı Təhsil Nazirliyi vermir. Bu qərarı məktəbin Pedoqoji Şurası verir. Onlar bildirir ki, dərs yükünü şagirdlərə tam olaraq çatdıra bilmirik, ona görə 6 günlük dərs sisteminə keçirik. Yaxud onlar 5 günün yetərli olduğunu hesab edirlər. Burada qərar qəbul edəndə, məktəblər öz maraqlarını güdürlər. Belə ki, bir müəllim gəlib 3-4 saat dərs deyib gedir. Ancaq şagird bütün günü ac-susuz, yorğun qalır. Biz orta ümumtəhsil məktəblərində müəyyən fənləri ləğv etməklə dərs yükünü azaldıb, 6 günlük, hətta 5 günlük dərsə keçə bilərik”.

Ekspertin sözlərinə görə, qəbul edilmiş normaya görə, akademik bilikləri əks etdirən fənn gün ərzində 3-4 saat keçilir:

“Yəni riyaziyyat, kimya, fizika, tarix, dil-ədəbiyyatın sayı gündə 4-dən artıq olmamalıdır. Qalan saatlar fiziki hazırlıq və digər dərslərə verilməlidir. Hesab edirəm ki, 5 günlük dərsi keçib, 2 günlük fasilə verilməsi, uşaqların 5 gün ərzində itirdikləri enerjiyi bərpaya imkan verir, yorğunluqları aradan qalxır. Ancaq 6 günlükdə uşaqlar daha tez yorulurlar. Digər tərəfdən, həftə ərzində keçdikləri fənləri təkrarlamaq imkanı olmur. Ona görə də 5 günlük dərsə keçmək, bir neçə fəndən imtina etmək lazımdır. Yaxud da bu fənlərin saatları azaldılmalıdır. Bu qədər çox sayda fənnin tədrisinə ehtiyac yoxdur. Problemi 5 günlük dərsə keçib, dərs yükünü azaltmaqla, şagirdlərin əlavə yüklənməsinin qarşısını almaqla həll edə bilərik”.




Paylaş:


Müəllif : Tarix:
14-06-2022, 16:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər