reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tanınmış feministlər arasında qalmaqal — İanələr mənimsənilib?

reklam

Tanınmış feministlər arasında qalmaqal — İanələr mənimsənilib?

















Feminist aktivist Nərmin Şahmarzadə digər ictimai fəal Rəbiyyə Məmmədovaya qarşı ciddi ittihamlar səsləndirib.

N.Şahmarzadə feysbuk hesabında paylaşdığı videoda R.Məmmədovanı işsiz qadınlara dəstək üçün yaradılmış “Sapla” tikiş evi ilə bağlı dələduzluqda ittiham edib. O, tikiş evinə dəstək üçün vətəndaşların göndərdiyi ianələrin R.Məmmədova tərəfindən mənimsənildiyini iddia edib: “Rəbiyyə Məmmədova bu layihəyə başlayanda ona dəstək olmuşam. Məndən maliyyə dəstəyi tapmaq üçün yardım istəmişdi. USAİD-ə (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) müraciət etməsi üçün yardımçı oldum. Daha sonra bizi Amerika səfirliyinə çağırdılar. Amma Rəbiyyə orada özünü təqdim edərkən mənim tanımadığım bir Rəbiyyədən danışdı. Mən hüquqşünasam, qadınlara kömək edirəm və s. kimi fikirlər səsləndirdi. Amma o heç vaxt bu işlərlə məşğul olmamışdı. Həmin gün gördüm ki, bu gün burada yalan danışan adam, sabah da eynisini bizə qarşı edə bilər”.

N.Şahmarzadə R.Məmmədovanın “Sapla” tikiş evi üçün toplanan ianələrlə bağlı hesabat vermədiyini və pulların taleyinin müəmmalı olduğunu vurğulayıb: “Sözügedən layihənin qayçısını,  parçasını hamısını ianə ediblər. Üstəlik çantaların üzərindəki dizayn filan da pulsuz başa gəlir, könüllü edirlər. Hazırlanan malların çoxu satılıb. Amma Rəbiyyə Məmmədova çıxıb ağlayır, deyir ki, pul çatmır. Daim ianəyə ehtiyac olduğunu yazır. Amma pulları hara xərclədiyinə dair hesabat vermir. Dəstək verdiyim üçün insanlar elə bilər ki, mən də bu işin içindəyəm. Ona görə, bəyan edirəm ki, bu layihənin bizimlə bağlılığı yoxdur.

Rəbiyyənin qardaşı qəzaya düşəndə post paylaşdı ki, qardaşım əməliyyat olunmalıdır, pul lazımdır. Biz də dəstək olub paylaşmışdıq. Sonra məlum oldu ki, , qardaşının əməliyyatını İcbari Tibbi Sığorta vasitəsilə edib. Əgər sığorta edirdisə, niyə o pulları qəbul edirdin? Elə adamlar var ki, əməliyyatdan sonra da pul göndərmişdilər. Amma o pulları həmin adamlara geri qaytarmadı”.

Rəbiyyə Məmmədova isə feysbukda paylaşım edərək şəffaflığın onun üçün başlıca tələb olduğunu bildirib: “Əslində hesabatı fəaliyyətimizin 1 ayı tamam olduğu vaxt vermək istəyirdim, lakin anamın yaşadıqlarına görə (anasının döyüldüyünü nəzərdə tutur) gecikdik. Təəssüflər olsun ki, fəaliyyət göstərdiyimiz dərzilik sahəsində xammal (yəni parça) alışında şəffaflığı təmin etmək bizim üçün çox ciddi problemlər yaradır. Parçaları aldığım mağaza nə çek aparatı, nə də ödəmə terminalından istifadə edir. Parçalar geri dönüşümü olmayan parçalardır, yəni “Sapla” ordan heç bir xeyir götürmür, çünki iştirakçı qadınlar o parçaları öz bədən ölçülərinə uyğun tikirlər və özlərinə qalır. Yerində təftiş etmək istəyən hər kəsə qapımız açıqdır. Ora Rəbiyyə Məmmədovanın yox, 10 qadınındır. Aylıq olaraq hesabatlar paylaşılacaq. Hesabını verə bilməyəcəyimiz 1 qəpik belə yoxdur”.

Xatırladaq ki, R.Məmmədova bir müddət öncə işsiz qadınlara dəstək məqsədilə “Sapla” tikiş evini yaradıb. Sosial biznes hesab olunan tikiş evində qadınlar dərzilik sənətini öyrənir və tikilən mallar satışa çıxarılır.

Qeyd edək ki, Nərmin Şahmarzadə və Rəbiyyə Məmmədova Bakıda keçirilən feminizim aksiyalarının təşkilatçısı olub.(qafqazinfo.az)




Paylaş:


Müəllif : Tarix:
16-06-2022, 15:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər