Sabiq məhkəmə sədri Avropa Məhkəməsinə üz tutdu - Dövlətdən təzminat alacaq
Quba rayon Məhkəməsinin keçmiş sədri və sabiq hakim Ramiz Cəfərovun pensiya təyinatı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) etdiyi müraciət üzrə qərar elan olunub.
Ramiz Cəfərov müraciətində iddiasının Azərbaycan məhkəmələrində 9 il 3 aydan çox (2007-2017) araşdırıldığını və sonda iddianın təmin edilmədiyini göstərib. Ərizəçi 2000-2007-ci illərdə hakim, ona qədər isə 1977-2000-ci illərdə isə hüquq-mühafizə orqanlarında müstəntiq, prokuror müavini və prokuror işləyib. Pensiya təyinatı ilə bağlı müraciətinin rədd edilməsindən sonra, 2007-ci ildə Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırıb. İddiaya baxılması 2017-ci ilə qədər davam edib. Həmin il Ali Məhkəmə iddianı rədd edib.
Ərizəçi AİHM qarşısında iddia edib ki, ona xüsusi pensiya təyin edilməsindən imtina olunması onun mülkiyyət hüququnu pozub. Həmçinin ölkədaxili proseslər həddən artıq uzun olub.
Avropa Məhkəməsinin qənaətinə görə, ərizəçinin xüsusi pensiya tələbini əsaslandırmaq üçün istinad edə biləcəyi heç bir hüquqi əsas yoxdur. Lakin ölkədaxili proseslərin həddən artıq uzun olması iddiası ilə bağlı tələb təmin edilib. Qərara əsasən, müddət həddindən artıq uzun olduğu üçün hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2000 avro, xərc və məsrəflərə görə 1000 avro (ümumilikdə 5368 manat) təzminat alacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-06-2022, 11:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər