reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Metropark"la üzbəüz binadan ev almaq istəyən qadının başına OYUN AÇILDI

reklam

"Metropark"la üzbəüz binadan ev almaq istəyən qadının başına OYUN AÇILDI


Bakıda qadına qarşı dələduzluq edilib.

Məlumata görə, paytaxt sakini Fəridə Quliyeva ümumilikdə 92 min manatlıq dələduzluğa məruz qalıb. Belə ki, o, “Nərimanov” metrostansiyası yaxınlığında yerləşən “Metropark” ticarət və əyləncə mərkəzi ilə üzbəüz binadan ev kreditə ev almaq üçün qohumu Qızılgül Musayevaya 2018-ci ildə ilkin olaraq 15 min manat verib. Daha sonra hər ay 2 min manat həmin şəxsə pul ödəyib.

2020-ci ildə isə Q. Musayeva F. Quliyevanı həmin binadan ev əvəzinə iaşə obyekti almağı məsləhət görüb. Bu məqsədlə zərərçəkmişdən əlavə 15 min manat da pul alıb. Aldadıldığını görən F. Quliyeva Nərimanov rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən Qızılgül Musayeva saxlanılıb.

İstintaq zamanı məlum olub ki, Q. Musayeva dələduzluqla əldə etdiyi pulu qızıl alveri ilə məşğul olan tanışına verib. Niyyəti xaricdən qızıl gətirib baha qiymətə satmaq olub.

Dəymiş ziyan tam olaraq zərərçəkmişə ödətdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
17-06-2022, 14:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər