“Eurovision-2023” Ukraynada keçirilməyəcək
“Eurovision” beynəlxalq mahnı müsabiqəsini 2023-cü ildə Ukraynada keçirmək mümkün olmayacaq.
Bu barədə tədbirin təşkilatçısı Avropa Yayım Birliyi (EBC) məlumat yayıb.
“Obyektiv təhlilin nəticələrinə görə, “Eurovision” mahnı müsabiqəsinin İdarə Şurası təəssüflə belə qənaətə gəlib ki, sözügedən mahnı müsabiqəsinin keçirilməsi, təşkili və prodüserləşdirilməsi üçün yayım şirkətinə lazım olan tələblərə hazırkı şəraitdə riayət oluna bilməz”, - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, Avropa Yayım Birliyi bununla əlaqədar olaraq müsabiqənin Böyük Britaniyada keçirilməsi ilə bağlı “BBC” ilə danışıqlara başlayıb.
Xatırladaq ki, Ukraynanın “Kalush Orschestra” qrupu mayın 14-ü İtaliyanın Turin şəhərində keçirilən “Eurovision-2022” müsabiqəsində qalib gəlib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-06-2022, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər