reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - Fotolar

reklam

Şatunovdan ailəsinə qalan 28 milyonluq miras... - Fotolar
















Ötən gün 48 yaşında ürəkçatışmazlığı səbəbindən vəfat edən Rusiyanın əfsanəvi “Laskovıy may” qrupunun üzvü, müğənni Yuri Şatunovun mirası açıqlanıb.

“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, sənətçinin mirası iki mənzil və bir evdən ibarətdir.

Birinci daşınmaz əmlak Moskvada yerləşən bir otaqlı mənzildir. O bunu internat məktəbinin məzunu kimi alıb. Daşınmaz Əmlak üzrə Mərkəzi İnformasiya Agentliyinin (bundan sonra Agentlik -red.) məlumatına görə, paytaxtın Kantemirov küçəsində yerləşən birotaqlı mənzilin ortalama qiyməti bu gün 11 milyon rubl (350 844 AZN - red.) təşkil edir.

Mirasın ikinci hissəsi Soçidəki “Razin” hotelindəki apartamentlərdir. Bu ona 2016-cı ildə keçmiş prodüseri və hotelin sahibi Andrey Razin tərəfindən hədiyyə olunmuşdu. Agentliyin məlumatına görə, Soçinin bu mikrorayonunda 60 kv.m-lik ikiotaqlı mənzilin qiyməti 15 milyon rubla (478 424 AZN-red.) yaxındır.

Və Rusiya şou-biznesinin ulduzunun ən bahalı mülkü Almaniyanın Münhen şəhərində yerləşən malikanəsidir. Daşınmaz əmlakın qiyməti 10 milyon dollar (17 000 000 AZN-red.) təşkil edir. Şatunov ailəsi ilə burada ömrünün son 20 ilini yaşayıb.

Daşınmaz əmlakın Almaniyada alınması təsadüfi deyil. 90-cı illərdə artist “Laskovıy may”dan ayrılıb və mühacirət edib. O, ölkəxaricində ikinci yarı – ixtisasca hüquqşünas olan Svetlana ilə tanış olub. Xanım Şatunovun sənəti ilə tanış deyildi və şou-biznesə heç bir aidiyyəti yoxdur.

2006-cı ilin sentyabrında cütlüyün Dennis adlı birinci övladı dünyaya gəlib. Və yalnız bir ildən sonra, 2007-ci ildə onlar Frankfurt-Maynda toy ediblər. Beş ildən sonra Yuri ilə Svetlananın Estella adlı qızı doğulub.

“Komsomolskaya pravda”nın yazdığına görə, Y. Şatunovun xarici bank hesablarındakı məbləği yalnız ailəsinə məlumdur. Bildirilir ki, müğənninin gəliri yaxşı idi. Həmkarlarının fikrincə, ulduzdan miras qalan pul onun övladlarının təhsilinə və ailəsinin bir neçə il yaxşı şəraitdə yaşamasına bəs edəcək. Yəni Şatunovun kapitalı 6 milyon avrodan çox (10 730 502 AZN-red.) məbləğdə qiymətləndirilə bilər. Varislərə, həmçinin şəxsən Şatunovun yazdığı mahnıların oxunmasından əldə olunan gəlirdən də pay düşəcək. Bu yaxınlarda Şatunov məhkəmə yolu ilə “Laskovıy may”ın mahnılarını ifa etmək hüququnu almışdı. Lakin varislər həmin məşhur mahnılardan gəlir əldə edə bilməyəcək. Belə ki, onların müəllifi Sergey Kuznetsovdur.

48 yaşlı Şatunov təqaüd də alırdı. Təqaüdün məbləği 20 min rubldan bir az çox idi. O, mərhum sənətkar İosif Kobzonun sayəsində gənc təqaüdçü olmuşdu. Belə ki, Kobzon “Laskovıy may”ın ulduzları Y. Şatunov və Sergey Serkovu 14 yaşında işə götürmüşdü. İfaçılar “Moskonsert”in artistləri kimi çalışırdı, 25 ildən sonra isə təqaüdə çıxmışdılar. Əgər İ. Kobzon olmasaydı, artistləri təhsilsiz heç kim heç yerə qəbul etməzdi.

Y. Şatunovun bütün mirasını birinci dərəcəli varisləri alacaq: dul həyat yoldaşı, oğlu və qızı.

Qeyd edək ki, mərhum sənətçi ilə vida mərasimi 26 iyun saat 10:00-dan 15:00-dək keçiriləcək. Şatunov Moskvadakı Troyekurov qəbiristanlığında dəfn olunacaq.

Bildirilir ki, müğənni bu günlərdə Almaniyaya həyat yoldaşı və uşaqlarının yanına getməli imiş, amma indi onlar Moskvaya gəlməli olacaqlar.













Paylaş:


Müəllif : Tarix:
24-06-2022, 14:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər