reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvanda insana qiymət verilmir... - BU DA FAKT!!!

reklam

Naxçıvanda insana qiymət verilmir... - BU DA FAKT!!!
















Babək Rayon Məhkəməsinin önündə özünü yandıran İbrahim Abdullayevin vəziyyəti ağır olaraq qalır. DİA.AZ xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a onun anası Məleykə Abdullayeva məlumat verib. İbrahim Abdullayev hazırda Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsindədir. Həkimlər də onun vəziyyətinin ağır olduğunu təsdiq edib.


















Məleykə Abdullayeva oğlunu intihar həddinə çatdıran hakimin və məhkəmə icraçılarının cəzalandırılmasını tələb edir:

"Oğlum 1100 manat kredit götürüb, borcunun bir hissəsini ödəmişdi. Vaxt istəmişdi ki, qalan 4 min manatı da hissə-hissə ödəsin. Buna razı olmadılar. Hadisə baş verən günü Alı adlı icraçı ona 5 saat vaxt qoymuşdu ki, qalan pulu da gətirməsən, sutkalığa göndərəcəyik. Deyirdi ki, sutkalığın sənədləri də artıq hazırdır. İbrahim nə qədər yalvarsa da, xeyri olmadı. Daha sonra da hadisə baş verdi. Sıxışdırdılar, pul tələb etdilər, o da təzyiqlərə dözə bilməyib, özünü yandırdı. Oğlumun hakim və icraçılar intihar həddinə çatdırdı. Onlar cəzalanmalıdır”.

Nehrəm qəsəbə sakini İbrahim Abdullayev iyunun 22-də Babək Rayon Məhkəməsinin önündə üzərinə benzin tökərək, özünü yandırıb. O, məhkəmənin haqqında çıxardığı qərara etiraz olaraq bu addımı atıb. Yaxınlarının sözlərinə görə, işsiz olduğundan İbrahim Abdullayev ona kəsilən alimenti ödəyə bilməyib. Bir müddət sonra onun borcu 5 min manata yüksəlib. Məhkəmə 5 min manatın dərhal ödənilməsi ilə bağlı qərar çıxarıb.

İbrahim Abdullayev özünü yandırdıqdan sonra Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan, həkimlər onu Bakıya aparmağı məsləhət görüblər.




Paylaş:


Müəllif : Tarix:
28-06-2022, 08:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər