reklam
Regionxeberlericom.az » Cəmiyyət » Parlament 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə səs verdi

reklam

Parlament 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə səs verdi















Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Əvvəlcə gündəlikdəki ilk məsələ, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi təsdiqləndi.

Daha sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarıldı və təsdiq edildi.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə edildi. Komitə sədri Tahir Mirkişili bildirdi ki, ikinci oxunuşda 22 deputat çıxış edib və qanun layihəsini dəstəkləyib. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini isə üçüncü oxunuşda komitə sədri Musa Quliyev təqdim etdi. O, qanun layihələrini müdafiə etdiyi üçün həmkarlarına təşəkkürünü bildirdi.

Layihələr səsə qoyuldu və qəbul edildi.

Müzakirələrdə hökumət üzvləri də iştirak edirdi.




Paylaş:


Müəllif : Tarix:
29-06-2022, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər