“Qadın axtarışda olsa da, sərbəst gəzir, ailəmi təhdid edir”
Mingəçevir sakini Elçin Kərimov vaxtilə yanında işə götürdüyü Qəbələ sakini Sevinc Qaçayeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. O, şikayəti əsasında qadın barəsində cinayət işi başlanıldığını, lakin polis əməkdaşı tərəfindən himayə olunduğu üçün həbs edilmədiyini deyir.
“Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, 2020-ci ildə Qaçayeva Sevinc Müsrət qızını direktoru olduğu “Gold Homes” şirkətində 6 aylıq təcrübəyə götürüb: “İşə başladıqdan sonra etibarımızı qazandı. Ardınca dələduzluq əməllərini həyata keçirdi. 2 il ərzində məndən müxtəlif vaxtlarda ümumilikdə 56 min manat pul aldı. Guya mənə torpaq sahəsi almalı, bundan başqa I Qarabağ Müharibəsi dövründə itirilmiş veteranlıq vəsiqəmi şəxsi tanışlıqları sayəsində arxivdən tapıb götürməli idi. Lakin vədinə əməl etmədi. Pulları alandan sonra dedi ki, sizi tanımıram. Bu qadın mənimlə bərabər 5 nəfərə qarşı dələduzluq edib”.
Vətəndaş qeyd edib ki, S.Qaçayeva barəsində Abşeron Polis Şöbəsində cinayət işi başlanılıb: “Ələddin adlı polis mayoru onu himayə edir, ona görə də Sevinc Qaçayeva barəsində başladılan cinayət işi ədalətli aparılmır. Qadın axtarışda olsa da, azadlıqda sərbəst şəkildə gəzir, məni, ailəmi təhdid edir. Ortaya olmazın iddialar ataraq şərləməyə çalışır. Guya mən onu döymüşəm, zorakılıq etmişəm və s. Dəfələrlə məndən hüquq-mühafizə orqanlarına şikayət edib. Hətta bir dəfə məni qoluma qandal vurub şöbəyə apardılar. Amma şikayətin əsaslı olmadığı üzə çıxdı və sərbəst buraxıldım. Məlum oldu ki, qadın özü axtarışdadır. Onu şöbəyə gətirdilər, amma 48 saat saxlayandan sonra buraxdılar. İndi Sevinc Qaçayeva həmin polisin dəstəyi ilə müxtəlif qurumlara məndən şikayətlər yazıb, məni bezdirməyə nail olmaq istəyir. Həm Abşeron, həm Binəqədi Rayon Polis İdarələrində mənim barəmdə cinayət işi başladılması ilə bağlı etdiyi şikayətlər rədd edildi”.
Elçin Kərimov məsələ ilə bağlı həm DİN-ə, həm prokurorluq orqanlarına müraciət etdiyini deyir: “Mən I Qarabağ Müharibəsinin iştirakçısı olmuşam, Şuşada, Füzulidə kəşfiyyat komandiri kimi döyüşmüşəm”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətində sorğu ünvanladıq. “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb: “Hazırda istintaq hərəkətləri davam etdirilir. Törətmiş olduğu cinayət əməllərinə görə S.Qaçayevanın təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar çıxarılıb. Aprel ayından barəsində axtarış elan edilib. Onun yeri müəyyən edilmədiyindən saxlanılması və istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşının onu himayə etməsi ilə bağlı iddialara gəlincə, iddialar tam əsassızdır, həqiqəti əks etdirmir”.
Polisin qanunsuz hərəkətləri iddiası ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən saytımıza cavab olaraq bildirildi ki, Elçin Kərimovun müraciəti əsasında Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb: “İş üzrə Sevinc Qaçayeva təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2022, 11:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər