reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir - BU NƏDİ BELƏ?

reklam

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir - BU NƏDİ BELƏ?


















Yaşadığı binada iki liftdən birini özünüküləşdirməklə gündəmə gələn Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir inanılmaz əməli üzə çıxıb.

RegionXəbərləricom.az Bakupost.az-a istinadla xəbər verir ki, o, yaşadığı binada beş mənzilə və bir mansarda sahibdir. Həmin beş mənzilin və mansardın işıq pulunu, kommunal xərclərini bina sakinlərinin hesabına ödəyir.

Məlum olub ki, Hacı Mazan liftlərin işıq xəttindən mənzillərinə naqillər çəkdirib.

Beləliklə də mənzillərinin enerji təminatını, bütünlükdə kommunal xərclərini liftin və blokun kommunal xərcləri üçün sakinlərdən yığılmış vəsaitlə həyata keçirir.

Sakinlərin bildirdiyinə görə, 15 ildən çoxdur ki, bu vəziyyət davam edir.

Məlumat üçün bildirək ki, Hacı Mazan yaşadığı, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanındakı binada lifti özününküləşdirib.

Belə ki, o, yaşadığı blokdakı liftlərdən birinə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verib. İş adamının bu hərəkəti qonşular tərəfindən ciddi narazılıqla qarşılanıb. Onun özünü, ailə üzvlərini əlahiddə şəxslər hesab etməsi, qonşularını aşağılaması böyük qəzəb yaradıb.

Lakin bu narazılıq, qəzəb Hacı Mazanı narahat etmir. O, özünün tikdiyi binada hər cür səlahiyyətlərə sahib olduğunu bildirib.

Bina sakinləri deyiblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət hazırlayırlar:

“Bu adamın hərəkəti hamıda dərin nifrət yaradıb. Onsuz da liftlər yaxşı işləmirdi, tez-tez xarab olurdu. Ona görə də yuxarı mərtəbədə yaşayanlar çox əziyyət çəkir. Belə bir vaxtda Hacı Mazan liftlərdən birini zəbt edir, kod qoydurur, sakinlərin istifadə etməsinə icazə vermir. Təsəvvür edin ki, onlarla şəxs lift gözlədiyi bir vaxtda Mazan padşah ədasıyla öz şəxsi liftinə minib gedir. Heç kimə də qulaq asmır. Deyir, binanı mən tikmişəm, nə istəsəm edə bilərəm. Təsəvvür edin ki, onlarla şəxs lift gözlədiyi bir vaxtda Mazan padşah ədasıyla öz şəxsi liftinə minib gedir. Heç kimə də qulaq asmır. Deyir, binanı mən tikmişəm, nə istəsəm edə bilərəm. Binada lift 18 mərtəbə üçün nəzərdə tutulmuşdu. Binanın 19 və 20-ci mərtəbələri qeyri-yaşayış sahəsi olduğundan ora lift yox idi. Sonradan Hacı Mazan o iki mərtəbəni özünə ev düzəltdi, liftin şaxtasını artırdı. İndi lift onun mənzilinin içinə açılır. Əslində, o, binanın layihəsinə də qanunsuz müdaxilələr edib. Aidiyyəti qurumlar, gərək, bu məsələylə maraqlansınlar”.




Paylaş:


Müəllif : Tarix:
30-06-2022, 15:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər