İşdən çıxarılan hakimlərdən biri İlkin Süleymanovla bağlı qərar veribmiş
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Sərəncama əsasən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilən hakimlərdən biri olan Nofəl Mustafayev 2020-ci ilin yanvarında Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun istintaq müddəti üçün tutulması ilə bağlı qərar verib. Belə ki, Nofəl Mustafayev 2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi və əmisinin evindən naməlum şəkildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun həbsdə saxlanılmasına haqqında bir neçə dəfə qərar verib.
Qeyd edək ki, Mustafayev Nofəl Qara oğlu 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998-2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001-2004-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı vəzifələrində çalışıb.
Nofəl Mustafayev 2004-2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005-2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyə qədər Tovuz Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2022, 11:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər