Vətəndaş pensiyadan imtina edərsə... - Fonda toplanan pulu geri ala bilər?
Azərbaycanda vətəndaşlara pensiya növünü seçmək hüququ verilib.
Bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik etməsi ilə mümkün olub. Belə ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçidlə bağlı istisna aradan qaldırılıb. Beləliklə, bütün növ əmək pensiyalarına keçmək mümkün olacaq. Bununla da pensiyaçıların ya əlilliyə, ya da yaşa görə pensiya seçmək hüququ yaranır. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunda bir sıra qaydalar öz əksini tapsa da, cəmiyyəti narahat edən bəzi amillər var. Belə ki, pensiya yaşının azaldılması, pensiya yaşına çatmadan vəfat edən vətəndaşların yığdığı kapitalın aqibəti, yəni vərəsəliklə bağlı məsələlər hələ də vətəndaşları narahat edir.
Xatırladaq ki, hazırda vəfat edən şəxsin pensiya fonduna yığılan vəsaitdən onun ailəsinə dəfn üçün 300 manat sosial müavinət ödənilir. Pensiya yaşına çatmamış şəxs vəfat etdikdən sonra onu kapitalı avtomaik olaraq DSMF-nin hesabına keçir və orada varisin heç bir hüququ yoxdur. Yəni varislik hüququ mexanizmi faktiki işləməyən bir mexanizmdir.
Bununla yanaşı, son günlər müzakirəyə səbəb olan məsələlərdən biri də vətəndaşların pensiya fonduna etdikləri ödənişlərin toplanaraq 30 min manatdan artıq olduqdan sonra həmin məbləğin pensiyaya əlavə edilməsi ilə bağlıdır. Ancaq bu gün vətəndaşların heç də hamısı ümidli deyil ki, yaşadıqları müddətdə həmin məbləği tamamilə ödəyə biləcəklər.
Yaxud vətəndaş müxtəlif səbəblərlə bağlı ödədiyi vəsaitə ehtiyacı olduğu halda həmin məbləği əldə etmək imkanı varmı? Yəni bir nəfər pensiyadan imtina edərək toplanmıs vəsaiti vaxtından əvvəl özü ala bilərmi? Dia.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət”ə bildirdi ki, hazırkı qanunvericiliyə görə, vətəndaşın pensiyadan imtina edərək indiyədək ödədiyi vəsaiti əldə etmək hüququ yoxdur.
Bu isə o deməkdir ki, əgər vətəndaş yaşadığı müddətdə 30 min manatdan artıq vəsaiti tamamlaya bilməyəcəksə, həmin məbləği pensiya olaraq ala bilməyəcək. Eləcə də indiyədək ödədiyi məbləği hər hansı səbəblə bağlı müxtəlif vaxtlarda geri ala bilməyəcək ki, bu da itirilmiş vəsait hesab olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2022, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər