reklam
Regionxeberlericom.az » Cəmiyyət » Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirilib

reklam

Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirilib

















“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) iştirakı ilə Daşkəsəndə yerli sakinlərlə görüş keçirilib.

Səhmdar Cəmiyyətinin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“DDF” MMC) inzibati binasında təşkil edilmiş görüşdə Komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev çıxış edərək, sosial sahədə görülən işlər və yeniliklər barədə geniş məlumat verib. Daşkəsən şəhəri, eləcə də ətraf kənd və qəsəbələrdə yaşayan əhalinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilən tədbirdəşirkətin Daşkəsən dəmir filizi sahəsi üzrə fəaliyyətinin regionun sosial-iqtisadi inkişafındakı rolu haqqında bəhs edilib. Bildirilib ki, “DDF” MMC-də bugünədək73 faizi Daşkəsən rayonunu təmsil edən 198 nəfər işlə təmin olunub. Həmçinin əlavə olunub ki, dəmir filizi sahəsinin fəaliyyəti aktiv fazaya keçdikdən sonra regionda yeni və daimi iş yerlərinin sayı daha da artırılacaq. 

Daha sonra yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində icra edilməkdə olan layihələr haqqında məlumat verilib. Bildirilib ki, hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu cür layihələr sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.

Görüşdə rayonun Mədənçi və Yuxarı Daşkəsən qəsəbələrinə yeni su xəttinin çəkilişi ilə bağlı məlumat verilib. Qeyd edilib ki, yaxın günlərdə 340 abonentə mərkəzləşdirilmiş qaydada içməli suyun verilməsinəbaşlanılacaq. “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilməkdə olan layihənin məqsədi qeyd edilən yaşayış məntəqələrində əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılmasıdır.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərlə bağlı müvafiq addımların atılması, vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini verib. 

Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində kənd sakinləri ilə ənənəvi görüş və sorğuların vaxtaşırı təşkili davam etdiriləcək.





Paylaş:


Müəllif : Tarix:
1-07-2022, 15:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər