“Amazone” MMC-nin minaya düşən əməkdaşının ailəsi təzminat ala bilmir - GİLEY
Pərvin Salahov bu il aprelin 29-da Laçında piyada əleyhinə minaya düşüb. O, “Amazone” MMC-də əməyin təhlükəsizliyinin rəisi idi. Pərvin Salahovun atası Famil Salahov “Yeni Müsavat”ın redaksiyasına müraciət edərək oğlunun çalışdığı şirkətin qanunsuzluğundan şikayət edib.
Belə ki, F.Salahov iddia edir ki, oğlunun bədbəxt hadisələrdən icbari sığortası olmayıb: “Oğlum Fövqəladə Hallar Nazirliyinin əmək təhlükəsizliyi kursunu bitirib. Əməyin təhlükəsizliyinin rəisi idi.4-5 ay olardı ki, Qarabağda çalışırdı. Elə ”Amazone" şirkətində də bu ilin əvvəlindən çalışmağa başlayıb. Tez-tez Laçına, Zəngilana gedib-gəlirdi. Oğlum aprelin 29-da Laçında piyada əleyhinə minaya düşüb. Onun olduğu ərazidə mina xəbərdarlığı işarəsi olmayıb. Hərəkətli ərazidir.
Pərvinin 1 yaş 8 aylıq oğlu var. Bir böyrəyi işləmir. Üç aydan bir müayinə üçün pul lazımdır. Yoldaşı işləmir. Həyat yoldaşının müavinət ala bilməsi üçün DOST agentliyinə müraciət etdik, dedilər ki, sığorta olsa idi, müavinət verilə bilərdi. Araşdırıb öyrəndik ki, oğlumun tibbi sığortası yox imiş. Kimə, hara müraciət ediriksə, deyir ki, mütləq tibbi sığorta olmalı idi. “Amazone” şirkəti isə təkcə yas mərasiminin xərclərini qarşıladı".
“Amazone” şirkətinin rəhbəri Nəriman Bayramov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, mərhum Pərvin Salahovun bütün sənədləri qaydasında olub. “Hazırda Laçın Rayon Prokurorluğunda cinayət işi açılıb”, deyə o qeyd edib.
Dövlət Əmək Müfəttişliyindən “Yeni Müsavat”a bildirildi ki, İstehsalatda işçilərin xəsarət alması və ya ölümü ilə nəticələnmiş bədbəxt hadisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq təhqiq edilir: “Təhqiqat başa çatdıqdan sonra bir gündən gec olmayaraq işəgötürən tərəfindən ”İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında" akt (İZ formalı akt) tərtib olunmalı, aktın bir nüsxəsi zərərçəkənə və ya onun ailə üzvlərinə təqdim edilməlidir. İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) sığorta ödənişlərinin verilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli qanununun tələblərinə müvafiq qaydada həyata keçirilir. İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) aylıq, birdəfəlik və əlavə sığorta ödənişlərinin verilməsi nəzərdə tutulub.
İşəgötürənlərin (hüquqi və ya fiziki şəxslər) öhdəliyinə gəlincə, xidmətdən bildirildi ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana məlumat verməlidir: “Qanunla müəyyən edilmiş qaydada öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmək vəzifəsi daşıyırlar.İşçilər üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti yaratmalıdır.
Əməyin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar;
İşçilər icbari sığorta olunmadığı təqdirdə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar;
Bədbəxt hadisə barədə məlumat verilməməsinə, hadisənin gizlədilməsinə və İZ formalı aktın verilməsindən boyun qaçırılmasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan “Yeni Müsavat”a verilən məlumata görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının, tələb edilən sığorta stajı olduqda təyin olunur. Ailə başçısının kifayət qədər sığorta stajı olmadıqda vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları, 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar-ən çoxu 23 yaşına çatanadək, ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, ailə başçısını itirməyə görə müavinət təyin olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2022, 08:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər