Ucarda maarifləndirmə tədbiri keçirilib
İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Ucar bölgəsi üzrə şöbəsi, rayon Gənclər və İdman İdarəsi və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, əməkdaşları Rauf Nəsirov, Nicat İsmayılov, rayon Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov, rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən KİV əməkdaşları, rayon gəncləri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının əsrlər boyu öz milli-mənəvi dəyərlərini qoruyub-saxladığı, nəsillərdən nəsillərə ötürülən bu ali dəyərlərə sadiqliyin bu gün də davam etdiyi diqqətə çatdırılıb. Çıxış edənlər ölkəmizdə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc birgəyaşayışında, qarşılıqlı anlaşmasında məhz bu amilin mühüm rol oynadığını, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitablar hədiyyə edilib.
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:2-07-2022, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər