reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rəsmi: Afətə görə 5 tibb bacısı işdən qovuldu - Video

reklam

Rəsmi: Afətə görə 5 tibb bacısı işdən qovuldu - Video


Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini təhrif olunmuş formada hind musiqisi üzərində oxumasını parodiya edərək, sosial şəbəkədə yayan 5 tibb bacısı işdən qovulub.

Kult.az xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin layihə rəhbəri və aparıcısı Tarix Əliyev məlumat paylaşıb. T.Əliyev məlumatın dəqiqliyini yoxlamaq üçün Şəki Mərkəzi Xəstəxanasının sözügedən tibb bacılarından biri ilə də telefonla danışıb və danışığını sosial şəbəkə hesabında yayıb.

Tibb bacısı işdən çıxarılmalarını təsdiqləyib.

T.Əliyev baş həkim Elçin Əmirovla da əlaqə saxlamağa çalışdığını, lakin zənglərinə cavab almadığını qeyd edib və sabahkı verilişində bu məsələyə aydınlıq gətirəcəyini bildirib.

T.Əliyev daha sonra dünyada xəstəsi ilə rəqs edən həkimlərin videosunu da yayıb və burda heç bir qeyri-adi hal olmadığını bildirərək, nazir Oqtay Şirəliyevin işdən qovulanları geri qaytaracağına inam ifadə edib.

Qeyd edək ki, Şəki Mərkəzi Xəstəxanasının 5 tibb bacısı A.Fərmanqızının Nəsiminin qəzəli üstündə oxuduğu “Pəncu-şeş” hind mahnısına artıq bir çox yutuberin istifadə etdiyi formada məzəli reaksiya verib, sosial şəbəkə hesabında yaymışdılar.

***

Şəki Mərkəzi Xəstəxanasından Axar.az-a bildirilib ki, 5 tibb bacısı doğrudan da işdən azad edilib.

"Onlar doğrudan da həmin videoya görə işdən azad ediliblər və bu barədə Səhiyyə Nazirliyinə də məlumat verilib", - xəstəxanadan bildirilib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyərək bildiriblər ki, onlar öz ərizələri ilə işdən azad olunublar:

“Biz hüquqi dövlətdə yaşayırıq. Əgər onlar hesab edirlərsə ki, onlara ərizə məcburi yazdırılıb, onda məhkəməyə müraciət etsinlər. İşçi ilə rəhbər arasındakı mübahisəli məsələlər hüquqi dövlətdə məhkəmə yolu ilə həll olunur”.



Paylaş:


Müəllif : Tarix:
15-03-2019, 12:41
Sikayət   


loading...
Загрузка...