reklam
Regionxeberlericom.az » Cəmiyyət » İşçiləri müqaviləsiz işlədən şirkətə cinayət işi AÇILDI

reklam

İşçiləri müqaviləsiz işlədən şirkətə cinayət işi AÇILDI


Əmək hüquqlarının pozulması halları ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, səlahiyyətli dövlət qurumundan təqdim edilən məlumat əsasında “Vepa mühendislik, elek. mek. Inş. taah. ith. ihr. san. və Tic. LTD Şirkətinin Azərbaycan Respublikası filialı”nda vətəndaşların onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmələri faktı ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, şirkət xeyli şəxsi 2021-ci ilin sentyabr-dekabr ayları ərzində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən mexanik-elektrik və kommunikasiya xəttlərinin çəkilməsi xidmətlərin yerinə yetirilməsinə cəlb edib. Bütün bunlar isə xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək üçün qulluq mənafeyinə qəsdən zidd olaraq sahibkarlıq fəaliyyətinin keçirilməsi məqsədilə baş verib.

Göstərilən fakt üzrə Cinayət Məcəlləsinin 308.1 və 162-1.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Nərimanov rayon Prokurorluğuna göndərilib.




Paylaş:


Müəllif : Tarix:
4-07-2022, 15:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər