“AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil” - ETİRAZ
“AZAL pul qazanacaq deyə bütün əhali əziyyət çəkməli deyil”. Bunu Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Partiyasının (MDP) sədri Fərəc Quliyev deyib.
O, Naxçıvan ərazisindən Azərbaycana giriş-çıxışın qapadılmasına münasibət bildirib.
Xatırladaq ki, bu qərardan sonra yeganə səyahət imkanı yalnız AZAL təyyarələrinin istifadəsi ilə mümkündür.
MDP rəhbəri bu addımın düzgün olmadığını dilə gətirib:
“Qonşu ölkələrdəki aviaşirkətlərin bilet qiymətlərini AZAL-ın aviabiletləri ilə müqayisə etsək görərik ki, çox fantastik fərq var. Biletlər çox baha satılır. Ağır şəraitdə yaşayan xalqımız üçün AZAL-ın qoyduğu qiymətlər uyğunsuzdur.
Naxçıvan demək olar ki, blokadada olan bir yerdir. Muxtar Respublika ərazisində quru sərhədlərin bağlanmasında heç bir məntiq yoxdur. Bu, AZAL-ın daha çox qazanması üçün planlanlaşdırılmış bir addımdır”.
Fərəc Quliyev əlavə edib:
“İstər tələbə olsun, istərsə də digər vətəndaş, xarici ölkələrə getmək daha ucuz başa gəlsin deyə, hamı Naxçıvandan istifadə edirdi. AZAL vətəndaşlarımızın belə vəziyyətində reysləri artırmaq, biletləri daha ucuz etmə əvəzinə, əksini edir. Dövlət vətəndaşın məmnunluğunu təmin etməlidir, ona çətinlik yaratmamalıdır. Büdcədən maliyyələşən AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil.
Qazancın nəyə xərcləndiyi də müəmmalı olaraq qalır. Quru sərhədləri açmaq, biletlərin qiymətin aşağı salıb reyslərin sayını artırmaq lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2022, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər