Azərbaycana maska yenidən qayıdır: - Bu dəfə koranavirusa görə yox...
Son aylar meymunçiçəyi koronavirusla paralel yayılmağa davam edir.
İyunun 30-na olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb. Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan bir virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.
Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb. Məlumdur ki, koromavirusun dominant olduğu zamanda bütün dünya həm də "maska qadağası" ilə sınandı.
Meymunçiçəyinin də insanlar üçün yeni problemlər, o cümlədən maska qadağası gətirəcəyi düşündürən əsas məqamlardan biridir. Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya danışan infeksionist Mərdan Əliyev bildirib ki, meymunçiçəyi koronavirus qədər sürətli yayılmır:
“Buna görə də burada maska taxmaq koronavirusda olduğu qədər vacib deyil. Digər tərəfdən, meymunçiçəyinə yoluxan şəxs aydın şəkildə seçilir, amma koronavirusa yoluxan hər şəxsi fərqləndirmək etmək olmurdu. Buna görə də hamının maska taxması məcburi edilmişdi. Amma əgər şəxs meymunçiçəyinə yoluxubsa, maska taxmalıdır və onlar üçün maska tələbi məcburi olmalıdır. Çünki onlar başqalarını da yoluxdura bilərlər. Həmçinin, onlara xidmət göstərən tibb işçiləri və ailə üzvləri də məcburən maska taxmalıdır. Sürətli yoluxma olarsa, bu zaman maskadan istifadə etmək lazım olacaq və bu da məcburi ola bilər".
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2022, 18:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər