Kirayədə yaşayanlar! - Bunu etməsəniz cərimələnəcəksiniz
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.
regionxeberlericom.az-un Bakupost-a istinadən məlumatına görə, nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir:
"Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa, 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa, 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytında onlayn xidmət yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir”.
Bildirilir ki, bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir:
"Yəni hoteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-07-2019, 15:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-07-2019, 15:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16