"Ucuz turlar həyatınız bahasına başa gələ bilər" - Daxili turlarla bağlı xəbərdarlıq!
Həftə sonlarında, bayram günlərində tur şirkətləri ölkəmizin dilbər guşələrinə sərfəli qiymətə turlar təşkil edir. Hətta təəccüblü görünsə də, 18 manata bir günlük ölkə turları təklif edən şirkətlər var.
18 manata Lənkəran turu
İnternet üzərindən apardığımız araşdırma zamanı tur şirkətlərin Qurban bayramında ucuz qiymətə turlar təşkil etdiyinə dair elanlarla rastlaşdıq. "Liman Travel" bir günlük Lerik turu üçün 18 manata komforlu aftobus, tur rəhbəri, yol boyu əyləncəli oyunlar-viktorina, gəzintilər,səhər yeməyi, çay sufrəsi vəd edir.
"Jet travel" isə cəmi 20 manata Lənkaran Lerik turuna komfortlu nəqliyyat, gülərüz tur rəhbəri, səhər yeməyi,çay süfrəsi, yolda əyləncəli və hədiyyəli viktorinalar, Lənkəran Qala qapıları, Lənkəran Samovarı, Lənkəran Xanbulan gölü, Lerik Günəş şəlaləsi, Şivəkaran şəlaləsi, Meşəbəyinə ekskursiya vəd edir.
Tur şirkətlərinin bu təklifləri cəlbedici olsa da, bəzən tur paket alan turistlər vəd edilən xidmətlərin əksi ilə qarşılaşırlar.
Turistlərə vəd edilənlərlə reallıq fərqlidir
Nailə Məmmədova adlı Bakı sakini də ölkədaxili turların xidmətindən narazıdır. Həmsöhbətimiz deyir ki, iyunun 26-da "Bakı-Lerik" turu ilə səyahət etmək üçün tur şirkətlərindən birinə 30 manat ödəniş edib. Şirkət bu məbləğə komfortlu nəqliyyat, səhər yeməyi, kənd evində nahar, şəlalə turu vəd etsə də, deyilən xidmətlərin çox az hissəsini göstərib: "Nəqliyyatın komfortlu olacağı elanda yazılsa da, getdiyimiz avtobus çox narahat idi. Nə səhər, nədəki günorta yeməyi verildi. Günorta öz apardığımız yeməyi yeməli olduq. Günorta kəndlərdən birində sadəcə motal pendiri süfrəsi açıldı. Nəqliyyat bizi Çayruda qədər aparmalı olsa aparmad. Tur rəhbəri dedi ki, yollar pis olduğundan qalxa bilməz. Əlavə pul yığaraq kənd sakinlərinin avtomobili ilə dağa qalxdıq. Halbuki tur şirkəti bu barədə bizə əvvəldən heç bir məlumat verməmişdi. Bələdçi yox idi. Biz dağları özümüz gəzdik. Bu zaman tur şirkəti tərəfindən təhlükəsizliklə bağlı heç bir tədbir görülmədi".
Səbinə Həsənova isə ötən ay tur şirkətlərdən birinə 28 manat ödəyərək "İsmayıllı-Lahıc"turunda iştirak edib. S. Həsənova deyir ki, turda gəzintilər, səhər yeməyi, komfortlu avtobus, əyləncəli oyunlar, fotosesiya vəd edilsə də, onlara yalnız səhər yeməyi verilib. Həmsöhbətimiz deyir ki, avtobus nasaz olduğundan yolda dəfələrlə dayanmalı olublar. Əyləncəli oyun və fotosesiya isə ümumiyyətlə olmayıb: "Bütün turlarda gülərüz bələdçi yazılsa da, əksinə yol boyu bələdçi turda iştirak edənlərlə mübahisə etdi. Avtobusun nasaz olması üzündən səhər çatacağımız yerə günorta çatdıq. Buna görə heç tur iştirakçılarına üzrxahlıq edən də olmadı".
Daxili turlarda iştirak edən həmsöhbətlərimiz deyir ki, hər hansı tur şirkətinin xidmətindən istifadə etməzdən öncə maraqlanmaq daha məsləhətdir. Əks halda turla səyahətə çıxdığınıza peşman olacaqsınız.
Daxili turlarda problemlər
Turizm eksperti Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daxili turlarda xoşagəlməz hadisələr çox baş verir. Onun sözlərinə görə, ötən ay valideyn və məktəbliləri istirahətə aparan tur şirkətinə məxsus avtobusun qəzaya düşməsi daxili turların təhlükəli olduğunu aktuallaşdırıb: "Daxili tur təşkil edən turizm şirkətləri turistləri sığortalamır. Turizm şirkətlərinin turistləri apardığı avtobus saz vəziyyətdə, sürücüsü peşəkar olmalıdır. Çox təəssüf ki, turizm şirkətlərinin çoxu avtobusu kirayə götürür. Bu zaman avtobusun komfort olmasına yox, qiymətin onlara sərfəli olmasına diqqət yetirirlər".
Ucuz turlardan çəkinin!
Həmsöhbətimiz deyir ki, daxili turlar təşkil edən turizm şirkətlərinin çoxu püxtələşmiş şirkətlər deyil: "Turizm şirkətlərinin çoxunun ofisi belə yoxdur. Ona görə də, vətəndaşlar turlardan istifadə edərkən turizm şirkətlərini araşdırıb, həmin şirkətlə bağlı əvvəlki rəyləri nəzərə alsınlar. Turizm şirkətlərinin çoxu minimum qiymətə turlar təşkil edib vədlər verirlər. Çox ucuz turlarda isə risk böyük olur".
Ekspert bildirir ki, turizm şirkətləri turla səfər etmək istəyənlərə detallı məlumat verməlidirlər: "Nahar hansı restoranda olacağı, menyuda nələr olacağı, çay üçün harada dayanacaqlarnı və sair məsələləri əvvəldən dəqiqləşdirsinlər. Bəzi restoranlarda qiymətlər turistlərin büdcəsinə uyğun olmur".
C. Aşurov turistləri ucuz turlardan çəkinməyə səsləyib. O, bildirib ki, ucuz turlar onlara həyatı bahasına başa gələ bilər.
"Turizm şirkətləri gediş haqqı qiymətinə tur təşkil edir"
"Şah Travel"in rəhbəri Aqil Ağalarov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm şirkətlərinin təşkil etdiyi daxili turların heç də hamısında xidmətin keyfiyyəti aşağı olmur. Həmsöhbətimiz deyir ki, əsasən ucuz turlarda problemlər çox olur: "Ataların məsəli var ki, "ucuz ətin şorbası olmaz". Ən ucuz tur səhər yeməyi daxil yaxın məsafəyə 22 manatdan aşağı ola bilməz. Biz Şamaxıya 22 manata turlar təşkil edirik. Bəzi tur şirkətləri gediş haqqı qiymətinə, 15-18 manata tur təşkil edir. Əlbəttə ki, bu turlarda problemlə ortaya çıxacaq".
A. Ağalarov bildirir ki, ili yeni olan avtobusların gediş haqqı qiyməti baha olur. Bu isə təşkil edilən turun qiymətinə təsir göstərir: " Bəzi avtobus sürücüləri özləri turist toplayır. Ona görə də turlardan istifadə edən şəxslər bunu araşdırmalıdırlar". Turlarda qəzalar qaçılmaz olsa da, təhlükəsizlik təmin olmalıdır.
Daxili turlarda turistlər niyə sığortalanmır?
Həmsöhbətimiz bildirdi ki, Azərbaycanda daxili turistlər sığortalanmır: " Çünki, sığorta şirkətləri buna maraqlı deyillər. Turizm şirkəti sığorta şirkəti ilə müqavilə bağlasa tur paketin qiyməti bahalaşır. Daxili turlarda turizm şirkətlərinin gəliri isə o qədər də deyil. Sadəcə daxli turları ona görə təşkil edirik ki, tursit bazası formalaşsın, şirkət tanınsın. Çünki, turizmdə rəqabət böyükdür".
A. Ağalarov bildirir ki, turistlər turizm şirkətlərinin peşəkarlığına, turistlərin həmin şirkətin xidmətindən məmnun qalıb-qalmadığına diqqət etsinlər. O, vurğulayıb ki, peşəkar turizm şirkətlərinin təşkil etdiyi turlarda bələdçilər də olur. Turistlərə gedəcəkləri yer, səfər proqramı barədə geniş məlumat verilir. Turistə hansı restoranda səhər və nahar yeməyinin veriləcəyi barədə öncədən məlumat verilməlidir. Çünki, avtobusla gedən turistlər restoranlarda elə də xoş qarşılanmır. Restoranlar daha çox şəxsi avtomobilləri ilə gələn müştərilərə diqqət edirlər. Ona görə də, biz əsasən əməkdaşlıq etdiyimiz restoranlara turistləri aparırıq ki, belə problemlər yaranmasın".
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2022, 10:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər