“Koronavirusun yeni dalğası ola bilər, amma...” - Diqqət, XƏBƏRDARLIQ!
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar arasında meymunçiçəyi xəstəliyinə yoluxma hallarını qeydə alıb. Bu barədə ÜST-ün nümayəndəsi Rozamund Lyuis brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu gün meymunçiçəyinə yoluxma aşkarlanan uşaqların təxminən üçdəbiri 10 yaşınadək, yarısı isə beş yaşınadək uşaqlardır. Lyuis qeyd edib ki, çox güman ki, kiçik uşaqlar xəstəliyə evdə yoluxurlar. 18-19 yaşlı xəstələr arasında meymunçiçəyi xəstəliyinin yayılması məsələsi hələ də aktuallığını itirməyib.
Həmçinin koronavirusa yoluxma hallarında yenidən artım müşahidə olunur. Ötən günə olan statistik göstəricilərə görə, koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb. Hazırda 287 aktiv xəstə var.
Yeni vüsət almış meymunçiçəyi virusu və getdikcə artan koronavirus yoluxmaları növbəti qapanmalarla bağlı ehtimal formalaşdıırr. Məlumata görə, vəziyyəti dəyərləndirən həkim-psixterapevt Əli Nağıyev “Sherg.az”a bildirib ki, yenidən sərt karantin rejiminə keçmək məqsədəuyğun deyil:
“Bu ölkəmizə iqtisadi cəhətdən ciddi zərbə ola bilər. Lakin fikrimcə, müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Meymunçiçəyi virusunnun yoluxma qaydası koronavirusun yoluxma qaydasından tamamilə fərqlidir. Bu infeksiya daha çox sıx kontakda olan zaman yayılır. Meymunçiçəyi virusunun şiddətli vüsət alıb, geniş yayılacağını hesab etmirəm”.
Ə.Nağıyevin sözlərinə görə, koronavirus tədricən qrip kimi bir xəstəliyə çevriləcək:
“Zamanla ağırlaşmaların sayı azalacaq. Yeni dalğa ola bilər. Amma bu artıq tanış olduğumuz infeksiyadır. Çünki immunitetimiz ona qarşı müəyyən qədər müqavimət əldə edib. Virus da öz xarakterini dəyişməyə başlayıb, öz sahibini öldürməməyə can atır. Ona görə qripə bənzər bir xəstəlik kimi aramızda uzun illər qalacaq. Yəqin ki, ona öyrəşməliyik. Amma əvvəlki kimi sərt karantin rejimi olacağını ehtimal etmirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2022, 16:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər