reklam
Regionxeberlericom.az » Cəmiyyət » 6 ay əvvəl ana olan Aygül özünü niyə öldürüb? - Yeni detallar

reklam

6 ay əvvəl ana olan Aygül özünü niyə öldürüb? - Yeni detallar
















Bu gün Şəkidə 26 yaşlı Aygül Əhmədovanın meyitinin süni göldə tapılması hadisəsinin təfərrüatı üzə çıxıb.

İlkin araşdırmalardan sonra 1996-cı il təvəllüdlü Aygül Əhmədovanın intihar etdiyi müəyyən olunub.

Məlum olub ki, qadın 6 ay əvvəl ana olub. Lakin doğuşdan sonra gənc ananın mənəvi problemləri yaranıb, onda ruhi-psixoloji pozuntular müşahidə edilib. O, müalicə məqsədilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində isə Aygül dəfələrlə intihara cəhd edib, lakin hər dəfə yaxınları onun cəhdlərinin qarşısını alıblar.

Bir neçə gün əvvəl isə A.Əhmədova körpəsi ilə birlikdə doğulub böyüdüyü Şəkinin Baş Göynük kəndinə aparılıb. 6 aydır yaxınlarının diqqəti altında olan qız bu gün ayaqyoluna getmək adı ilə həyətə düşüb. Ailə üzvləri bir neçə dəqiqə sonra onun ardınca getsələr də, A.Əhmədovanın ayaqyolunda olmadığı məlum olub. Az sonra isə onun özünü həyətin digər istiqamətindəki kiçik süni suvarma gölünə ataraq intihar etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 18:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər