İş adamının ailəsi narazılıq etdi - İstintaq Baş Prokurorluğa verildi
Şəmkirdə damarlarının kəsilməsi nəticəsində vəfat edən iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı istintaqdan yeni xəbər var.
Faktla bağlı başladılmış cinayət işinin istintaqı Şəmkir rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq idarəsinə verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, məlum hadisə ilə bağlı istintaq davam edir: "Arzu Cabbarovun özünə xəsarət yetirərək öldürməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin istintaqı davam edir. Qeyd edilən cinayət işi üzrə zəruri ifadələr alınmış, ekspertizalar təyin edilmiş, digər zəruri prosessual hərəkətlər icra edilir".
Hadisə bu ilin mayında baş verib. Arzu Cabbarov Təranə adlı şəxsin evində tanışı Yeganə Yusifova ilə görüşərkən damarları kəsilib. Y.Yusifova və A.Cabbarovun ailəsi həmin vaxt hadisə yerində olan polis əməkdaşının iş adamının damarını şüşə ilə kəsib onu öldürdüyünü iddia ediblər.
Həmçinin oxuyun: “Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir” - Ölən iş adamının xanımı
İş adamının həyat yoldaşı Zəminə Əhmədova isə “Qafqazinfo”ya müraciət edərək bildirib ki, əri Şəmkir RPŞ-nin əməkdaşı Feyruz İbrahimov tərəfindən öldürülüb: "Yeganə Yusifova Şəmkir rayon polis idarəsində saxlanılarkən rayonda fəaliyyət göstərən tibbi ekspertlər işin xitam edilməsi üçün bütün məlumatları polis əməkdaşlarına deyiblər. Ekspertlərin məqsədi Yeganə Yusifovanın bədənində xəsarət izləri formalaşdırmaq olub. Bununla göstərmək istəyiblər ki, guya həmin xəsarətləri ərim ona yetirib. Daxili İşlər Nazirliyi mənim və ailə üzvlərimin əleyhinə məlumatlar yayaraq həmin əməkdaşların əməllərini qorumağa çalışır. Yoldaşımın alnında, başında və topuğundakı xəsarətləri Yeganənin yetirməsi mümkün deyil. Amma prokurorluq ifadələri elə məzmunlu alıb ki, guya Yeganə mübahisə və dava edərək Arzuya xəsarət yetirib. İstintaq sirrinə görə Arzunun meyitinin şəkillərini təqdim edə bilmirik. Amma lazım gələrsə, onları da yayacağıq. Şəmkir prokuroru Azər Hətəmov Arzunun ölüm işinin bağlanması üçün ilk günlərdən canfəşanlıq edir. Bu işlə bağlı onun qəbulunda olarkən də mənə dedi ki, yuxarılara şikayət elə, mən heç bir tədbir görə bilmirəm.
Bizdə olan məlumata görə, artıq hadisə baş verən evin sahibi Təranə adlı qadına Cinayət Məcəlləsinin 234.1-ci (narkotik daşıma) maddəsi ilə cinayət işi başlayıblar, lakin həbs etməyiblər. Bunu ona görə ediblər ki, Təranə daim polisin nəzarətində qalsın. 20 gündən çoxdur ki, vəkilimiz bütün sübutları prokurorluğa təqdim edib. Polis əməkdaşlarının cinayət törətməsini təsdiq edən səs yazıları istintaqda olmasına baxmayaraq, üç polisdən heç biri (Etibar Yaqubov, Feruz İbrahimov və Bayram İsmayılov) prokurorluğa çağrılaraq ifadələri alınmayıb. Həmin səs yazılarının onlara məxsus olmasına dair ekspertiza keçirilməyib. Cinayət işinin araşdırılmasından narazıyıq. Səthi ifadələrlə işi bağlamağa çalışırlar. Necə olur ki, bir adam cinayət törətdiyini səs yazısı ilə təsdiq edir, amma istintaqa çağırılmır?! Bu səbəblərə görə işin nəzarətə götürülüb sübutlarmıza qiymət verilməsini, polis əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirik”.
Daxili İşlər Nazirliyi isə A.Cabbarovun özünü öldürdüyünü açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2022, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər