reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda yeddinci dalğa başlayır? - TƏBİB-in yenidən əhaliyə müraciəti, görülən karantin tədbirləri...

reklam

Azərbaycanda yeddinci dalğa başlayır? - TƏBİB-in yenidən əhaliyə müraciəti, görülən karantin tədbirləri...


Xəbər verdiyimiz kimi TƏBİB yenidən COVİD-19-la bağlı əhaliyə müraciət edib. "Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq”, deyə məlumatda qeyd edən qurum həmçinin, bir sıra gigiyena qaydalarını xatırladıb. Bu fonda, son günlər virusun yeni dalğası ilə bağlı söz-söhbətlərin ardı-arası kəsilmir.

Maraqlıdır, COVİD-19 həqiqətən yenidən təhlükəyə çevrilə bilərmi? Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, son günlər xüsusilə koronavirusun “Omikron” ştamının yeni mutantları olan BA.4 və BA.5-ə yoluxmanın kəskin artdığı bildirilir:

“Hətta bunun, pandemiyanın yeddinci dalğasının başlanğıcı olduğu deyilir. Lakin bu, tamamilə əsassızdır. Avropa mətbuatında bu problemlə məşğul olan mütəxəssislərdən birinin gəldiyi qənaətə görə, “”Omikron”un BA.4 və BA.5 mutantları çox “aqressiv” yoluxduruculuq qabiliyyətinə malikdir. PCR testinin belə, bu mutantları əksər hallarda tanımaması, yeni alovlanma və karantin tədbirlərinin tətbiqinə zərurət yaranacağını qaçılmaz edir. Lakin qeyd edim ki, “Omikron”un S-spayka zülalında 26 mutatik fərqlilik var - bunlardan 23-ü aminturşu dəyişikliyi, 2-si aminturşu itkisi, 1-isə aminturşu radikalı əlavəsidir. PCR testi klassik COVİD-19 ştamının xüsusən S (spayka) zülalında fərqli lokalizasiyalı yalnız 3 geni tanıyır və bununla diaqnoz təsdiqlənir”.

Mütəxəssis qeyd edib ki, “Omikron” ştamının S-sayka zülalında ciddi struktur mutasiyası baş verdiyindən, PCR testi onun əvvəlki - BA.1, BA.2 və BA.3 ştamında məlum 3 gendən yalnız 2-sini, BA.4 və BA.5 ştamlarda isə, yalnız 1 geni tanıyır:

“Odur ki, PCR testilə diaqnozun təsdiqlənməsi BA.1, BA.2 və BA.3 ştamında 66,6%, BA.4 və BA5 ştamında isə, yalnız 33,3% nisbətindədir. Buna görə də, PCR testinə istinadən, guya BA.4 və BA5 mutantların daha “aqressiv” olduğunu söyləmək tamamilə yanlış və absurd fikirdir. Əksinə BA.4 və BA.5 ştamlarda geri dönən mutatik dəyişiklik nəzərə alınarsa, bu hal, virusun mütləq olaraq inaktivləşmə göstəricisidir. Yəni COVİD-19-un yoluxduruculuq əmsalı (Ro indeksi) yüksək olan, lakin tamamilə zərərsiz bir infeksiyaya tam keçidinin təsdiqidir”.




Paylaş:


Müəllif : Tarix:
11-07-2022, 14:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər