“Mənəvi təmizliyə evinizdən başlamalısınız” – Yazıçıdan diplomata sərt ittiham
“İsfəndiyar Vahabzadə deyir, hakimiyyət 40 ildir bizi aldadır. Cəsarətli çıxışını alqışlayıram da, amma adam elə danışır, elə bil Almas İldırımın oğludur”.
Bunu yazıçı Şərif Ağayar diplomat, şair Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə haqqında deyib. Yazıçı diplomat haqqında fikirlərini belə davam etdirib:
“Müəllim, 40 ildir ailəlikcə elə bu hakimiyyətin yanındasınız də. “Leninlə söhbət” poemasından tutmuş “Şəhidlər” poemasınacan bütün konyunkturaların mükafatını almısınız. Həm də təkcə ailəniz deyil, qohum-əqrəbanız, tanışlarınız, vəzifəyə qoyduğunuz adamlar...
Bir sözlə, istədiyiniz, arzuladığınız hər kəs. Əgər aldanmışıqsa, hərgah mən də belə düşünürəm, aldadanın yekəsi elə siz olmusunuz. Camaat mətbuatla aldadıbsa, siz kitabla aldatmısınız. Əlli il sonraya da yalan satmısınız. Hələ gör bu zavallı xalq neçə il doğub-törəməli, qırılıb-tükənməlidir ki, o yalanlara inanmağa adam çatdırsın.
Bir az məsuliyyət yaxşı şeydir. Doğrudan sizdə səmimi təbəddülat gedirsə, mənəvi təmizliyə evinizdən başlamalısınız. Misal üçün bizi aldadan hakmiyyətlərdən aldığınız evlərin heç olmasa birindən imtina etməlisiniz”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-07-2022, 08:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər