reklam
Regionxeberlericom.az » Cəmiyyət » Pişiklərə yem verən qadının cəriməsi ödənildi - Video

reklam

Pişiklərə yem verən qadının cəriməsi ödənildi - Video
















Sumqayıtda pişiklərə yem verdiyi üçün qonşular tərəfindən şikayət edilən və daha sonra cərimə olunan qadınla bağlı qərar verilib.

Onun 75 yaşında olması və aztəminatlı şəxs olduğu nəzərə alınaraq cərimə Daxili İşlər Nazirliyi tərəfindən ödənilib.

Bundan başqa qadına ərzaq yardımı edilib. Eləcə də pişikləri yemləməsi üçün ona heyvan qidaları verilib.

Qeyd edək ki, qonşuları S.Hacıyevanın yaşadığı məhəllədə 100-ə yaxın pişik saxladığını, buna görə də antisanitar vəziyyət yarandığını bildirərək şikayət etmişdilər. Bundan sonra qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) ilə protokol tərtib edilmiş və o, 200 manat cərimə olunmuşdu.





Paylaş:


Müəllif : Tarix:
16-07-2022, 23:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər