“Bizdə yıxılana balta vurmaq var” – Deputat icra başçısından danışdı
“Gəlin, gözləyək, dövlət qurumları, hüquq-mühafizə orqanları nə addımlar atır və o addımların arxasında hansı qərarlar olacaq”.
Bu sözləri açıqlamasında Milli Məclisin Lənkərandan olan deputatı Rüfət Quliyev deyib.
O, Lənkəranda 9-cu sinif uşağının fiziki zorakılığa məruz qalmasından sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşovun müavini Rasilə Əliyevanın vəzifəsindən azad edilməsi faktına münasibət bildirib:
“Yəni bir qərar verildi və cənab başçı Taleh Qaraşov Rasilə Əliyevanı işdən azad etdi. İndi istintaq göstərəcək ki, bu insanın nə qədər günahı var, yaxud kim burada günahkardır və s. Bir az səbrli olaq və ajiotaj etməyək. Dövlət var, dövlət qurumları var, hüquq-mühafizə orqanları var və onlar buna qiymət verəcəklər.
Özü də bizdə yıxılana balta vurmaq deyilən bir şey var. Lakin biz demokratik ölkədə yaşayırıq və əgər bu həqiqətən olubsa, bu, çox pis hərəkətdir. Hər halda bir ayın içində hər şey bəlli olacaq. Gəlin, sadəcə gözləyək ki, bu gedişat haraya gedir və ajiotaj yaratmayaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-07-2022, 15:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər