“OBA” marketlər şəbəkəsinə yeni rəhbər təyin edildi
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinə İdarə Heyətinin sədri vəzifəsinə Natəvan İbrahimova təyin edilib. O, maliyyə və idarəetmə sahəsində 17 ildən çox təcrübəyə malik olan bir peşəkardır.
Natəvan İbrahimova karyerasına 2005-ci ildə “Veysəloğlu Distribusiya” şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib. Natəvan İbrahimova eyni zamanda böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupundakı SAP layihəsinə rəhbərlik etmişdir.
Bakalavr təhsilini “Tətbiqi riyaziyyat və kibernetika” ixtisası üzrə 2003-cü ildə Bakı Dövlət Universitetində alan Natəvan İbrahimova 2005-ci ildə həmin universitetin eyni ixtisası üzrə magistr diplomuna yiyələnib. 2019-2021-ci illərdə dünyanın qabaqcıl biznes məktəblərindən ESCP Business School-da Executive MBA dərəcəsi qazanıb. Mütəmadi olaraq maliyyə və idarəetmə üzrə beynəlxalq təlim və konfranslarda iştirak edən Natəvan İbrahimova Ostin Texas Universitetinin (ESCP Aparıcı İnnovasiyalar və İnkişaf üzrə) və Şanxay Jiao Tonq Universitetinin (ESCP Europe Çin modeli üzrə) sertifikatlarını qazanıb. Həmçinin Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diploma (ACCA DipIFR) sahibdir.
Qeyd edək ki, 2016-2022-ci (iyul, 2022) illər ərzində “OBA” marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.
“OBA” marketlər şəbəkəsi 2016-cı ildə bazarın ehtiyacına uyğun olan və fərqli bir konseptə malik, “discount” (endirim) konseptli bir market olaraq yaradılmışdır. Veysəloğlu Şirkətlər Qrupunun “OBA” marketlərini yaratmaqda əsas məqsədi əməliyyat xərclərini minimum saxlamaq, istehsalçıdan birbaşa istehlakçıya çatdırmaq və nəticədə insanlara büdcəyə qənaət etməklə özünü və ailəsini təmin etmək imkanı yaratmaq olmuşdur.
Hazırda “OBA” qonşu market konsepsiyasına əsasən hər kəsə qonşu qədər yaxındır və Azərbaycanın əksər bölgələrini əhatə edən 1111 mağazası ilə müştərilərinə ailə büdcəsinə qənaət etdirəcək alış-veriş təcrübəsi qazandırmaq üçün çalışır. Hazırda “OBA” ailəsi 5700-ə yaxın əməkdaşı ilə istehlakçılara xidmət göstərir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-07-2022, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər