reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabirabadda daha bir Qazimizə qarşı BASQI VAR... - Adamı CANA DOYURUB...

reklam

Sabirabadda daha bir Qazimizə qarşı BASQI VAR... - Adamı CANA DOYURUB...












2000-ci il təvəllüdlü Sabirabad rayonu Kürkəndi kənd sakini İsmayılov Abış Samir oğlu mühafizəçi işlədiyi Sabirabad rayon Mərkəzi Xəstəxanasında ona qarşı edilən özbaşınalıqdan şikayətçidir.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

A. İsmayılovun sözlərinə görə, işlədiyi xəstəxananın maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılov ona qarşı vəzifələrindən sui-istifadə edir:

“Məni təhqir edir, alçaldır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, həmçinin işçilər, get nə edirsən et. Başqa-başqa qanunsuz işlər görür. Deyir ki, mən nə edim ki, sən müharibə iştirakçısısan, qazisən, mənim üçün fərqi yoxdur, sən kimsən. Doktor (Sabirabad rayon Mərkəzi Xəstəxanasının direktoru - red.) məni pulsuz götürüb ora, mənə deyir ki, sən bura pulsuz gəlib oturmusan, gətir haqq-hesab ver. Təklikdə deyir”.

O bildirib ki, direktor müavininin onunla şəxsi qərəzliyinin nə olduğunu bilmir:

“İlk gəldiyim gündən mənə ilişməyə başlayıb. Məndən yapışıb, deyir ki, sən pul verməmisən, işləyirsən”.

A. İsmayılov qeyd edib ki, artıq intihar həddinə gəlib çatıb:

“İstəyirəm ki, o, işləməsin. Məni dünən güclə saxlayıblar, o insan məni intihar həddinə gətirib çıxarıb”.

Şikayətçi əlavə edib ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər Lumanov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Rayon Polis Şöbəsi, Daxili İşlər Nazirliyi və Sabirabad rayonunun Milli Məclisdəki təmsilçisi Kamal Cəfərov bu hadisədən xəbərdardırlar.

Qeyd edək ki, İsmayılov Abış Samir oğlu İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. O, Füzulinin, Cəbrayılın, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə arayış da verilib.

Səsləndirilən iddialarla bağlı Bayram Mikayılovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.





Paylaş:


Müəllif : Tarix:
21-07-2022, 09:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər