İlkin Həsəni polisdən gileyləndi - Video+Yenilənib
Aparıcı İlkin Həsəni polisə video-müraciət ünvanlayaraq onun ailə üzvlərini təhqir edən qadının tapılmasını istəyib.
Bu barədə o, feysbuk hesabında paylaşım edib.
Bildirib ki, may ayının sonlarında ailə üzvlərindən birinin başına xoşagəlməz hadisə gəlib:
“Bir xanım durduğu yerdə təhqirlərə keçib, alçaldıcı hərəkətlər edib. Bu xanımla bağlı həmin dəqiqə “102” xidmətinə zəng edərək, şikayət etmişik. Çox təəssüf ki, hadisədən 50 gün keçməsinə baxmayaq, həmin xanım nə tapılır, nə də onun haqqında məlumat verilir”.
Aparıcı qeyd edib ki, yaxın günlərdə yenidən həmin xanımla bağlı polisə müraciət edilsə də, hələ də məsələ öz həllini tapmayıb:
“Həmin xanım haqqında məlumatları etik baxımdan yaymaq istəmirəm. Düşünürəm ki, bu video-müraciətimdən sonra məni qoruyan polisim hərəkətə keçəcək və məsələ öz həllini tapacaq”.
***
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, artıq müraciət qeydə alınıb:
“İlkin Həsəni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onun müraciəti yerindəcə dinləniləcək və araşdırma aparılacaq. Araşdırmanın nəticəsi barədə daha ətraflı məlumat veriləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2022, 20:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər