reklam
Regionxeberlericom.az » Cəmiyyət » Beyinlərin xaricə axını rahatlıq, yoxsa keyfiyyət dərdidir? - ARAŞDIRMA + FOTO

reklam

Beyinlərin xaricə axını rahatlıq, yoxsa keyfiyyət dərdidir? - ARAŞDIRMA + FOTO
















Müşahidələrə görə, Azərbaycanda tələbə olmaq istəyənlərin sayı getdikcə azalmaqdadır. Ötənilki göstəricilərə baxanda ərizə qəbulunda iştirak edənlərin sayında azalma var, xarici universitetlərə axın isə əksinə, müəyyən problemlərin olmasına baxmayaraq, güclənib. 

Xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında diplomlarının ölkəmizdə tanınmaması ilə bağlı müzakirələr gedir. Ukrayna, Türkiyə və Rusiya (xüsusən Dağıstan) universitetlərində təhsil alan həmyerlilərimiz diplomlarının Azərbaycanda tanınmamasından narahat olsalar da, ekspertlər hesab edirlər ki, bu, düzgün qərardır. 

Bu fikrin tərəfdarları əsas gətirirlər ki, həmin ölkələrdəki universitetlərdə Azərbaycandakı imtahanlarda iştirak edib, bal toplamayan tələbələr təhsil alırlar. Çox zaman da təhsil aldıqları ölkəyə getmir, ancaq təhsil haqqını ödəyib, hazır diplom əldə edirlər. 

Bəs görəsən, bunun real səbəbi nədir? Niyə gənclərimiz təhsil üçün xarici universitetlərə üz tuturlar?
















Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, gənclərin xaricə üz tutmalarının əsas səbəbi qəbulun attestatla olmasıdır:

“Bu məsələnin müxtəlif səbəbləri var. Dövlətlə bağlılığı yoxdur. Fərqli arqumentlər var. Bu səbəblərdən biri xaricdə attestatla qəbuldur. Bizdən fərqli olaraq, xaricə gedib, attestatla istənilən universitetə qəbul ola bilirlər. Digər səbəb isə burada imtahan verib, Azərbaycan universitetlərinə qəbul ola bilməyib, xaricə üz tutmalarıdır”.

Deputat əlavə edib ki, təhsil haqqının aşağı olması da öz təsirini göstərir:

“Həmin ölkələrdə təhsil haqqı olduqca aşağıdır. Bu səbəbdən xaricdə təhsilə maraq gündən-günə artır. Lakin bu gün xaricdə təhsil alıb, qayıdandan sonra problem yaşayanlar da var. Bu, reallıqdır. Valideynlərdən çox şey asılıdır. Onlar uşaqlarının həqiqətən oxumağa həvəslərinin olub-olmadığını müəyyən etməlidirlər. Oxumağa həvəsi olmayanları xaricə göndərmək düzgün deyil”. 

C.Məmmədov qeyd edib ki, attestatla xaricdə oxuyanların diplomları tanınmır:

“Bu gün dövlət xətti ilə imtahan verməyən, yalnız attestatla gedib, xaricdə oxuyub gələn tələbələrin diplomlarının tanınmasında, işə qəbulunda problemlər var. 

Dünyanın heç bir yerində ideal bir sistem yoxdur. Azərbaycandakı sistem kifayət qədər normaldır. Valideynlər bunları nəzərə almalıdırlar. İş tapmaq məsələsində problemləri düşünmək lazımdır”. 

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Şərifsoy Azərbaycanda tələbə olmaq istəyənlərin sayının azalması ilə bağlı fikrin yanlış olduğunu deyib:

“O fikirlə razı deyiləm. Azərbaycanlı gənclərin böyük bir qismi ölkəmizdə fəaliyyət göstərən ali məktəblərə qəbul olmağı əsas hədəf kimi seçir. Xaricdə təhsil almaq arzusunda olan gənclərimizin də sayı kifayət qədərdir. Lakin bunun müxtəlif səbəbləri var. Xaricdə təhsil almaq arzusunda olanları iki qismə bölə bilərik. Bunlardan biri dövlət proqramları ilə xaricdə ali təhsil müəssisələrində təhsil almaq arzusunda olanlardır”. 













N.Şərifsoy əlavə edib ki, Azərbaycanda nəticə qazana bilməyənlərin əksəriyyəti attestatla qonşu ölkələrə üz tutur:

“Azərbaycanda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda nəticə qazana bilməyənlərin böyük bir hissəsi attestatla qonşu ölkələrə - Rusiya, Ukrayna və ən əsası Türkiyəyə üz tutur. 

Dövlətimiz özü də maraqlıdır ki, Azərbaycanın potensiallı, intellektli gəncləri dünyanın nüfuzlu universitetlərində təhsil alsınlar. Son on ildə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrimiz inkişafa doğru iri addımlarla irəliləyir. Gənclərimizin Azərbaycan universitetlərinə axını davam edir”.  

Nəzrin Vahid




Paylaş:


Müəllif : Tarix:
25-07-2022, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər