reklam
Regionxeberlericom.az » Cəmiyyət » “1033” gecə klubunun rəhbəri azadlığa çıxdı

reklam

“1033” gecə klubunun rəhbəri azadlığa çıxdı
















Bakıda fəaliyyət göstərən “1033” gecə klubunun sahibi Mehdi Abbasovun məhkəmə prosesi başa çatıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə 1979-cu il təvəllüdlü M.Abbasov 7 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun ötən ilin noyabrın 23-dən həbs olunması nəzərə alınaraq, cəzası çəkmiş hesab olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 2021-ci ilin noyabrında “1033”də keçirilən əməliyyat zamanı gecə klubuna gələn şəxslərin “Covid” pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu müəyyən olunub. Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhkum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar. 

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “1033” gecə klubunun rəhbəri Mehdi Abbasov tutularaq istintaqa cəlb edilib. 




Paylaş:


Müəllif : Tarix:
27-07-2022, 08:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər