reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda iki uşaq anasını öldürənin məhkəməsi başlayır

reklam

Bakıda iki uşaq anasını öldürənin məhkəməsi başlayır
















Bu ilin fevralında Bakının Qaradağ rayonu ərazisində yerləşən evində öldürülən Qənəət Fərmanovanın qətlində təqsirləndirilən Asəf Cəfərzadənin məhkəməsi başlayır.

Məhkəmənin hazırlıq iclası avqustun 9-na təyin olunub.

Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Rasim Sadıxov rəhbərlik edəcək. A.Cəfərzadə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur. 

Qeyd edək ki, hadisə bu ilin fevralın 7-də baş verib. 1983-cü il təvəllüdlü Qənəət Fərmanova yaşadığı evdə öz tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib. Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. İki oğul anası marketdə satıcı işləyirmiş.




Paylaş:


Müəllif : Tarix:
27-07-2022, 08:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər