Hər gün zəhər uduruq: Nə səbəbini bilirik, nə də nəticəsini
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çirkli hava il boyu dünyada 7 milyon insanın ölümünə səbəb olub. Avropa Ətraf Mühit Agentliyinin hesablamalarına görə isə hər il “köhnə qitədə” bu problem səbəbindən təxminən 400-500 min insan dünyasını dəyişib.
Etiraf edək ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Çirkli hava səbəbindən insan ölümü ilə bağlı statistika olmasa də, durumun heç də yaxşı olmadığını söyləmək üçün xüsusi biliyə ehtiyac da yoxdur.
Sputnik Azərbaycan hava çirkliliyinin səbəblərini araşdırıb. Ekoloq Vaqif Əliyevin sözlərinə görə, texnogen, antropogen fəaliyyət, həmçinin fiziki təsirlər nəticəsində atmosferə külli miqdarda çirkləndirici xüsusiyyətə malik tullantılar atılır. Nəticədə insan sağlamlığına və bioloji varlıqların yaşam tərzinə təsir edən təhlükələr yaranır: "Çirkləndirici amillərin təsnifatında əsas yerlərdən birincisi kimi energetika müəssisələrinin qurğuları tərəfindən atmosferə atılan istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), ozon (O3), acımış azot (N2O), heksaftorid, karbon halloidləri, kükürd oksidin (SO2) təsirini göstərmək olar. Bu qazlar atmosferin müvafiq qatlarına qalxaraq qoruyucu qatı qalınlaşdırır və sonda planetin iqliminə təsir edən, yer səthindən şüalanan uzun dalğalı infraqırmızı şüaları tutub saxlayır."
Ekoloq qeyd edib ki, hazırda istilik effektinin güclənməsində karbon dioksidin payı 60%-dən yüksəkdir. Atmosferə atılan karbon dioksidin 95%-dən çoxu qazıntı yanacaq növlərinin payına düşür. Qazıntı yanacaq növlərinin təchizatı və istifadəsi həmçinin azot oksidi (NO2), hidrogen karbon (HC) və karbon oksidi (CO) kimi istixana effektli olmayan tullantıların yaranmasına səbəb olur. Adıçəkilən tullantıların istilik effekti olmasa da, atmosferdə kimyəvi siklə təsir edir, nəticədə istilik effektinin artmasına və ya azalmasına səbəb olur.
V.Əliyev hesab edir ki, bir tərəfdən dövlətlər iqtisadiyyatını yüksəltməlidirlər ki, ölkələrinin maddi rifahı və müdafiə qüdrəti yüksəlsin, digər tərəfdən iqtisadiyyatın yüksəlişi energetikanın yüksəlişi ilə müşayiət olunur ki, bu da atmosferə külli miqdarda CO2 atılmasına gətirib çıxarır: "CO2-nin idarə olunması energetika və ekologiya qarşısında dayanan ən vacib problemdir. Bu günün aktual texnologiyalarından biri CO2-nin tutulması və basdırılmasıdır (CO2 capture and storage, CCS – YXY- CO2). Digər texnologiyalardan fərqli olaraq bu texnologiya yanacağa qənaət etmir və iqlim dəyişməsindən başqa digər heç bir məsələnin həllinə təsir etmir."
Onun sözlərinə görə, ölkələrin iqtisadiyyatı lazımi səviyyəyə çatdıqda, özü bütün ekoloji problemləri həll edir. Bu nəzəriyyəni müdafiə edən Energetika İnformasıya Agentliyinin (EİA) məlumatına görə, ABŞ 2009-cu ildə atmosferə atılan CO2 miqdarını 7% azaltmağa nail olub.
Evinizdəki tüstü bacalarını ildə iki dəfə təmizləyin, çünki...
Ekoloqun sözlərinə görə, son zamanlar insanlar daha tez-tez xəstələnir və xəstəlikləri uzun müddətli olur: "Televiziya kanallarında səslənir ki, yeni virus peyda olub, adı Korona virusdur, mənşəyi bəlli deyil, Səudiyyə Ərəbistanında və Fransada onlarla adamın həyatına son qoyub. Mənşəyi bilinmədiyi üçün ona qarşı dərman preparatını da icad etmək mümkün olmayıb. Görəsən, dünyamızın inkişaf etdiyi bir vaxtda, niyə belə qorxunc xəstəliklər yaranır? Niyə bu xəstəliklər Amerikada, Avropada deyil, Ərəbistanda və zəif inkişafda olan bölgələrdə yaranır. Sözsüz ki, bütün böyük kəşflərin və epidemiyaların müəllifləri transmilli şirkətlərdir. Onlar elmi kəşflərdən və kütləvi epidemiyalardan da külli miqdarda pullar qazanırlar. Yeni viruslar özü özünə yaranmır. Burada texnoloji proseslər zamanı hiss olunmayan (nanahissəciklər) arzuolunmaz yan məhsullar yaranır və ətraf mühiti çirkləndirir. Nəticədə bir müddət mənşəyi naməlum olan xəstəliklər yaranır və onlarla mübarizə çox çətin olur. Sonradan həmin transmilli şirkətlər bu viruslara qarşı preparatlar “kəşf edirlər” və xəstəliyin qarşısını alaraq böyük məbləğlər qazanırlar".
V.Əliyev qeyd edir ki, bu növ təhlükəli tullantılara misal olaraq dioksinləri göstərmək olar. Son 50 il ərzində yaranmış dioksinlər inkişaf etmiş dövlətlərdə kifayət qədər öyrənilsə də, bizim ölkəmizdə və inkişafda olan digər ölkələrdə yetərincə öyrənilməyib. Dioksinlər polixlorlu, polisiklik birləşmələrə aid sintetik zəhərlərdir. Xlor istehsalı və xlor birləşmələri kimya istehsalat proseslərində yan məhsul kimi yaranır. Bundan savayı, zibil yandırma zavodları 12000 əvəzinə 8000 – 9000 rejimində işləyərkən, avtomobillər xlorlaşdırılmış etil spirti qarışığı ilə çalışarkən dioksin mənbəyinə çevrilirlər.
"Dioksinlər bioloji çətin parçalanan davamlı ksenobiotiklərdir, yəni canlı orqanizmlərin nüvəsinə asanlıqla nüfuz edərək oradakı hormonları, vitaminləri parçalamaqla yanaşı, oradakı zərərsiz birləşmələri çox zəhərli maddələrə çevirirlər. Bundan əlavə dioksinlər immun zəifliyi yaradan, kanserogen, terotegen və embriogen xassəyə malikdirlər. İmmun zəifliyi yaratdığı üçün insanlar ətraf mühitin ixtiyari stresslərinə çox həssas olurlar və xəstələndikdə sağalmaları uzun çəkir. Dediklərimizin əyani sübutu kimi son zamanlar qriplə xəstələnmələrin kəskin və uzun müddətli olmasını göstərə bilərik. Xəstəlik bitdikdən sonra da iş qabiliyyətinin bərpası uzun müddət çəkir. Güclü antibiotiklər belə, xəstəliyə təsir edə bilmir, çünki insan orqanizmində zəhərlənmə həddinə çatmasa da, immun zəifliyi yarada biləcək həddədək dioksin kumulyasiya olunub," – deyə ekoloq vurğulayıb.
Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Azərbaycanda havanın çirkləndirilməsi Cinayət Məcəlləsinin 251-ci maddəsi ilə tənzimlənir.
Bir manata satılan zəhər: Həm qiymət şübhəlidir, həm keyfiyyət
Onun sözlərinə görə, çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Əgər havanın çirkləndirilməsi insan sağlamlığına zərər vurursa, bu zaman həmin şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır," – deyə o bildirib.
Hüquqşünas vurğulayıb ki, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hüseynov həmçinin əlavə edib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsində də yer alıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinə görə, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğular, avadanlıq və cihazların istismar qaydalarının pozulmasına, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlığın istismara verilməsinə və s. görə, fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-07-2019, 11:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-07-2019, 11:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
16-12-2024, 14:08
Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma - İfşa edildi
16-12-2024, 11:42