reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nostradamusları, vanqaları dövriyyəyə kim buraxır? - Gizli məqsəd

reklam

Nostradamusları, vanqaları dövriyyəyə kim buraxır? - Gizli məqsəd















Son illər maraqlı bir trend yaranıb. Olacaq və olmayacaq hadisələri öncəgörənlərlə bağlayırlar. Məsələn, Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi barədə siyasətçilərdən daha çox öncəgörənlər danışır. Və yaxud COVİD -19, meymunçiçəyi və digər pandemiyalar barədə ÜST yox, öncəgörənlər fikir bildirir.

Ən qəribəsi də odur ki, bu proqnozları çox zaman artıq dünyasını dəyişmiş məşhur öncəgörənlərin adları ilə verirlər.

İstənilən böyük siyasi hadisələrdən əvvəl və sonra Nostradamus və Vanqa kimi müxtəlif adamların guya bir zamanlar söylədiyi proqnozlar dövriyyəyə girir. Əlaqələndirməyə çalışırlar ki, baxın, bu hadisə haqqında filan sənədə Nostradamus və ya Vanqa belə demişdi, indi baş verir. 

Məsələ ilə bağlı bizim.media-ya danışan tanınmış politoloq Cümşüd Nuriyev bunun arxasında çox ciddi maraqlar durduğunu söylədi. O qeyd etdi ki, bu cür proqnozlar böyük dövlətlərin "mətbəxində" hazırlanır:   

"Böyük dövlətlər hansı layihələr hazırlayırlarsa və 6 ay, bir il sonra həyata keçirəcəklərsə bu layihələr barədə mif yaratmaq istəyirlər. Həmin mifi də Rusiya daha çox Vanqa ilə, Qərb isə Nosdradamusla bağlayır. Beləliklə də dərin dövlətin hazırladıqları layihələri cəmiyyətə təqdim edirlər. Bununla həm cəmiyyəti olacaqlara hazırlayırlar, həm də layihənin testini aparırlar. Bir müddət keçdikdən sonra isə bu kəşfiyyat və ya beyin mərkəzlərinə bağlı olan media da ortaya çıxıb deyir ki, bir zamanlar Vanqa və yaxud Nosdradamus bunu demişdi. Bu artıq bir trenddir".

Cümşüd Nuriyev bu trendi gündəm eliyənin isə daha çox xristian ölkələrinin olduğunu vurğuladı: 

"İslamda bundan istifadə olunmur. Çünki, "Qurani-Kərim"də Allah-Təala Peyğəmbərə (s.ə.a.s) buyurur ki, "məndən gələcəyi soruşma. Gələcək haqqında səndən soruşanda da "heç nə bilmirəm" de". 

Allah-Təala gələcəyin bilinməsini istəmir. Çünki, insan gələcəkdə onu hansı bəla gözlədiyini bilsə günü bu gün ürəyi partlayar. Yəni Böyük Yaradan bəndələrini o qədər çox sevir ki, onların hansısa psixoloji sarsıntı belə keçirməsini istəmir.

Onu ölümə belə sevə-sevə aparır. Ona görə də islamda insan nə zaman öləcəyini bilmir. Ona görə də hər kəs hər günü dolu yaşayır. Amma xristianlıqda bunun tam əksidir. Öncəgörmələrdən böyük dövlətlər ustalıqla istifadə edirlər. Hətta dövlət çevrilişlərini və müharibələri bununla bağlayırlar. Amma yaxşı haldır ki, bu trend zəifləyib. Artıq adamlar daha əvvəlki kimi öncəgörmələrə inanmır".





Paylaş:


Müəllif : Tarix:
31-07-2022, 11:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər