reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vahid Elektron Xidmətlər Portalına daha 3 yeni xidmət inteqrasiya olunub

reklam

Vahid Elektron Xidmətlər Portalına daha 3 yeni xidmət inteqrasiya olunub
















Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “AzInTelecom” MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalına (https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Yeni təqdim olunan xidmətlər “Telefon üzrə ətraflı məlumat”, “Elektron sifarişlər barədə məlumat” və “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” xidmətləridir.

1-ci xidmət çərçivəsində vətəndaşların adına olan stasionar telefon nömrəsi və həmin nömrə üzrə ünvan, qovşaq, müqavilə tarixi, qoşulduğu servis xidmətləri və borc məlumatları təqdim edilir. 2-ci xidmət vasitəsilə müvafiq xidmətlər üzrə ünvanlanmış elektron sifarişlərin icra vəziyyəti və əməliyyatın növü haqda məlumat almaq mümkündür. İstifadəçilər 3-cü xidmətdən faydalanaraq yalnız öz adına olan stasionar telefon nömrəsi üzrə ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat əldə edə bilərlər. Təqdim edilən məlumatlarda danışıqların tarixi və saatı, müddəti, həmçinin danışıq aparılan nömrə və ödəniş məbləği öz əksini tapır.

RİNN vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. Onlardan 12-si portala inteqrasiya edilib, digər 45 xidmətin yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulub.

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.




Paylaş:


Müəllif : Tarix:
1-08-2022, 16:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər