reklam
Regionxeberlericom.az » Cəmiyyət » Minaya düşənlərin vəziyyəti açıqlandı - Yenilənib

reklam

Minaya düşənlərin vəziyyəti açıqlandı - Yenilənib

















2022-ci 2 avqust tarixində yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu rayon xəstəxanasına yerləşdirilib, sağ ayağı baldır nahiyəsindən travmatik amputasiya olunub. Hal- hazırda vəziyyəti stabildir.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəstəxanada zəruri tibbi müayinələrdən keçirilib. Hər ikisinin vəziyyətləri stabil olaraq dəyərləndirilir, həkim nəzarəti altındadırlar.

ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır.


***11:28

Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Füzuli rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
2-08-2022, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər